Türkiyə hərbi karvanı Suriyaya daxil oldu

Türkiyə ordusuna məxsus 50-dən çox hərbi maşından ibarət karvan Suriyaya daxil olub.

  Bu barədə yerli mənbələr məlumat yayıblar.   Məlumatda vurğulanır ki, sözügedən hərbi karvan İdlibin cənubundakı Cəbəl əl-Zaviyə bölgəsindəki Türkiyə ordusunun mövqelərinə doğru irəliləyib.  

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi dünən ordunun İraqda və Suriyada hərbi əməliyyatlar keçirməsinə icazə verən qərarı səs çoxluğu ilə qəbul edib.

Mənbə: SANA (eastnews.org)

Bu xəbəri paylaşın: