TƏBRİK: RÜBABƏ ŞİRINOVA — 60

    Dünyada və ölkəmizdə bəşəriyyətin insani keyfiyyətlərlə formalaşmasında, eyni  zamanda sosial həyatın  bütün sahələrinin tərəqqisində qadınların rolu danılmaz bir  həqiqətdir. Onlar Ulu tanrının yalnız ona bəxş etdiyi yaradıcılıq qabiliyyətləri  ilə daim parlayıblar. Tədqirə layıq  haldır ki, bu  cür ehtirama layiq qadınlarımız Daxili Qoşunların sırasında çoxdur. Onlardan biri də vaxtı ilə burada tibb bacısı  kimi çalışan, öz müqqədəs peşəsinin fəxrı  sahibi kimi tanıdığımız Rübabə xanımdır. Bu gün  28 0ktyabr   Rübabə Şirinovanın  60 yaşı tamam olur .

    Qoy yaşının üstə gələn bu yaş  Rübabə xanıma   sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    AVMVİB Rəhbərliyi  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan baş gizir Rübabə Şirinovanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.

   Ehtiyatda olan baş gizir Rübabə Şirinova  28 oktyabr 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ziyalı ailəsində anadan olub.

Şirinova Rübabə Fərhad qızı  1968 -ci ildə Sumqayıt şəhərində birinci sinifə getmiş, 1978-ci ildə  həmin (kimya təmayüllü) məktəbi, 1984 -cü ildə isə Sumqayıt şəhərində tibb texnikumunu bitirib

     O,1984 -1991-ci illərdə Sankt-Peterburq (keçmiş Leninqrad) şəhər mərkəzi xəstəxanasında tibb bacısı, 1992- 2013 cü illərdə isə Daxili Qoşunların Nərimanov rayonunda  yerləşən hərbi hissənin  tibb xidməti vəzifələrində xidmət edib.

     Ehtiyatda olan baş gizir Rübabə Şirinova  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamələrin  və əmrlərin  tələblərinə və vəzifə borcuna əməl etməkdə  bir çox  hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə, Dövlətə xalqa sədaqətlə xidmət etmişdir.

    Şirinova Rübabə Fərhad qızı  Daxili Qoşunlarda  xidmət etdiyi və ehtiyatda olduğu  illər ərzində hərbi hissədə və hərbi şəhərcikdə qadınlar şurasının sədri kimi ictimai vəzivənin öhtəsindən layiqincə gəlmişdir.

   Rübabə Şirinova peşəkarlığı ,hümanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə,  dəqiqliyi və təmkinliyi ilə, təvözakarlığı ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömürünün 30  ildən çox şərəfli xidməti yolununun  iyirmi bir ilindən çoxunu  hərbi xidmətdə, səkkiz ilini isə  mülkü tibb müəssisələrində keçirmişdir.

     Ehtiyatda olan baş gizir Rübabə Şirinova Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində müqəddəs peşəsinin öhdəsindən  şərəflə gəlmiş, yaralara vaxtında məlhəm qoyaraq öz  bacı, ana qayğısını onlardan əsirgəməmişdir.Bununla yanaşı Daxili Qoşunların ictimai- siyasi həyatında xüsusi fəallıq  göstərərək,yüksək vətənpərvərliyi   ilə daim  secilmişdir.

     O, bu günün özundə belə, 44 günluk müharibədə həlak olmuş şəhidlərimizin  ailələrinə vaxtaşırı baş cəkib acılarına  yaxından şərik olub,onlara mənəvi təskinlık  verib.

    Rübabə Fərhad qızı Şirinova Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqaladə hallar zamanı hüqüq rejim və karantin tədbirlərinin həyata keçirilməsində bir  tibb  üzərinə düsən vəzifə  və tapşırıqlarını şərəflə yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

    Ehtiyatda olan baş gizir Rübabə Şirinova hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə Xidmətdə fəriqləndiyinə görə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Rübabə Fərhad qızı Şirinova Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  «Qusursuz Xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə «10 illik, 90 illk» yubley medalları ilə təltif edilib

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RÜBABƏ XANIM!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!..

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Veten Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: