Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmriylə Qərb zonası üzrə daha bir səlahiyyətli nümayəndə təyin edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov Qərb zonası üzrə səlahiyyətli nümayəndə təyin olunub.

AVMVİB sədri Füzuli Rzaquliyev səlahiyyətli nümayəndə kimi Həbib Hüseynovun regionda veteranlarımızın problemlərinin həllində və idarəetmənin daha effektli olmasında yaxından iştirak edəcəyinə inandığını bildirdi.
Təyinat mərasimində AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iştirak edib.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti
Bu xəbəri paylaşın:
