Rusiyanın “Rosatom” dövlət korporasiyası Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasında (AES) 4-cü enerji blokunu inşa edəcək.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Korporasiya 4 nömrəli enerji blokunun tikintisi ilə bağlı Nüvə Tənzimləmə Şurasından lisenziya əldə edib:
“Lisenziyanın əldə edilməsi nüvə təhlükəsizliyinin təmin edilməsi obyektləri də daxil olmaqla, blokda bütün tikinti-montaj işlərinin aparılmasına imkan verir”.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri mart ayında “Akkuyu” AES-də III enerji blokunun inşasına start vermişdilər.
Mənbə: Axar.az