Biləsuvar rayonunda «Vətən bağı» salınıb

Kapitalbankın təşəbbüsüylə Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin üzvü olan müharibə veteranları da iştirak edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.


Q. Qurbanov bildirib ki, şəhidlərin adına 202 ağac əkilib və salınmış bağ «Vətən bağı» adlandırılıb.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: