Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsi Yasamal rayonu Heydər Əliyev mərkəzində «Müzəffər, Məğrur Şəhid Anası» adlı tədbir keçirdi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri, istefada olan mayor Salman Hüseynov, Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri Samir İsmiyev, Respublika Müharibə və Əmək veteranları təşkilatının sədir müavini polkovnik Cəlil Xəlilov, Müharibə və Əmək veteranları təşkilatının Yasamal Rayon şöbəsinin sədri Vaqif Məmmədov, «Dünya Azərbaycanlıları Həmrəyliyinə dəstək İctimai Birliyinin sədri Tofiq Əlizadə, AVMVİB üzvləri — Heydər Əliyev adına Hərbi akademiyanın sabiq kafedra müdiri, Vətən Müharibəsi iştirakçısı Qazi İstehfada olan polkovnik Tərlan Zülfüqarov, Vətən Müharibəsi iştirakçısı, İstefada olan polkovnik Seyidrza Seyidov, Cəmşid Naxcıvanski adına hərbi litseyin sabiq şöbə müdiri, istefada olan mayor Natiq Rəhimov, Şotakan-Karate üzrə 2 qat dünya çempionu, 3 qat Avropa çempionu AVMVİB üzvü, 1-ci Vətən müharibəsi veteranı, Həsən Quliyev, 44 günlük Vətən müharibəsi veteranları, Ağdam, Xocavənd, Cəbrayıl uğrunda döyüşlərin iştirakçıları Fəqan Seyfullayev, Həmid Sultanov, şəhid Valeh Əliyevin anası Durnisə Əliyeva, «sabaha inamla. az» internet saytının redaktoru Namiq Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Elvin Talışinski və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirkçıları Heydər Əliyev mərkəzində yerləşən Ulu öndərimizin heykəli qarşısına əklil qoydular.
Bu tədbir Zəfərimizin 1 illiyi ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) göstərişiylə şəhidlərimizin Anım tədbirləri, şəhid adlarının əbədiləşdirilməsi, fəal üzvlərimizin təltif edilməsi, cəbhədən dönmüş döyüşçülərlə görüşləri davam etdirib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov bildirdi ki, Zəfər iliylə bağlı belə tədbirlər davam etdiriləcək.
Allah şəhidlərimizə rəhmət eləsin!
Orxan Hüseynov
Fedai.az könüllüsü, fotomüxbir