Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı və Nəsimi rayon şöbələri Zəfər iliylə bağlı tədbirdə iştirak ediblər.
Qaraçuxur qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidləri Muxtar Qasımlı və Orxan Qəhrəmanovun xatirəsinə həsr edilmiş Xatirə Bulağının açılışı olub.

Açılış mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun rəhbərliyiilə müharibə veteranları iştirak ediblər.
Tədbirdə çıxış edənlər qazanılmış Zəfərin tarixi əhəmiyyəti və bu müqəddəs yolda şəhid olmuş qəhrəmanların göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim