ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ötən 20 il ərzində Əfqanıstanda sülhməramlı əməliyyatda töhfələrinə görə təşəkkür edib.
Türkiyə mətbuatı xəbər verir ki, görüşdə Bayden Türkiyənin Rusiyadan «S-400» Zenit-Raket Sistemi almasından narahatlığını da bir daha dilə gətirib.
Türkiyənin ABŞ-dan «F-16» qırıcı təyyarələr almasına dair təklifinə gəlincə, Bayden bununla bağlı ABŞ-da müvafiq prosedurların keçilməsi lazım gəldiyini qeyd edib.
