Rusiyanın bədbəxtlik sindromu — separatizm

Rusiya Pandora yeşiyi kimi bütün xalqlara bədbəxtlik gətirir. Qarabağ gözlərimiz önündədir.

İşğala məruz qoyduğu bütün ərazilərdə xarabalıq, dəhşət, ölüm, minalanmış sahələr, talan edilmiş yaşayış məskənləri, qaçqınlar…

Bütün bu bədbəxtliklər Rusiyanın dünyada bacardığı tək işdir. Dünyanın 6/1-nə sahiblənərək, nə özləri insan kimi yaşayırlar, nə də qeyri xalqları yaşamağa qoymurlar.

Qonşu Gürcüstanda iki etnik şəhərin müqayisəsini aparmaq üçün sizlərə iki video təqdim edirik. Birincisi işğal edilmiş Suxumi, digəri isə son anda yanlışdan dönən Batumi. Sadəcə özünüz qiymət verin və içimizdə rusa maşalıq edənlərə göstərin. İnkişafda olan Batumi və Sovet dövründə donub qalmış Suxumi…

Üçüncü bir video isə Sovet dövründə 52 min əhalisi olmuş Tkuarçal adlı Abxaz şəhərinin gözlər önündə xarabazara çevrilmiş görüntüləridir. Rusiya axmaq və separatizmə meyilli xalqları öz toruna saldı və Qafqazda öz iyrənc siyasətini bu pisliklər üzərindən yürütdü…

… Separatist abxazlara rus hədiyyəsi olan Tkuarçal xarabalıqları…

Bu xəbəri paylaşın: