Dəliməmmədli şəhər tam orta məktəbinin direktorunun sərgüzəştləri

TƏHSİL NAZİRİNİN MENYÜSÜNƏ

Goranboyda məktəbdə rüşvət tüğyan edir. Redaksiyamıza məlumat verən müharibə veteranları Təhsil naziri Emin Əmrullayevi bu məktəbə diqqət ayırmağa çağırırlar. Onlar bildirirlər ki, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbi təhsil müəssisəsindən çox, bazara bənzəməkdədir.


Bu günlərdə Goranboy rayonu M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin direktoru Gültəkin Cəfərova şəhid qızından 1300 manat rüşvət alması barədə sözügedən məktəbin müəllimi, şəhid qızı Xələfova Elnarə Ədalət qızının şikayəti yayılmışdı. Problemi həll etmək əvəzinə, məktəb direktoru müəlliməyə hədə-qorxu gələrək sosial şəbəkələrdə yayılan bu məlumatı sildirməyi tələb edir.


Xatırladaq ki, məktəb direktoru Gültəkin Cəfərova öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 2019-cu ildə şəhid qızından almış olduğu rüşvət müqabilində ona sinif vermək vədi verib. Sonradan isə həmin sözügedən sinfi Elnarə Xələfovanın əlindən alıb başqa şəxsə «verir».


Şəhid qızı dəfələrlə «ya sinif ver, ya da pulumu qaytar» desə də sözü gedən direktor pulu qaytarmır. Yəqin ki, yığdıqlarının «başını pozmaq» istəmir.

Bu günə kimi bütün dövlət qurumlarına çoxsaylı müraciətləri olan şəhid qızı, məktəb direktoru Gültəkin Cəfərovaya vermiş olduğu pulunu geri ala bilmir. Necə deyərlər, «həm suçlu, həm də güclü». Bu gün məktəb direktorunun neqativ əməlləri barədə kənddə Təhsil Nazirliyinin karına gələsi «maraqlı hekayətlər» dolaşmaqdadır. Yəqin ki, Təhsil Nazirliyi bu hekayətləri dinləyə bilsə, demirik ki, təhsili abıra sala bilər, heç olmasa şəhid qızının verdiyi 1300 manat rüşvəti direktor Gültəkin Cəfərovadan alıb sahibinə qaytara bilər. Onsuz da durub təhsil islahatı aparası deyillər ki? Heç olmasa «haqq-hesabda» düz olmağı bu məktəb direktorlarına öyrədən kurslar açsınlar. Biz xaricdə təhsil alanlara «inanırıq»…


Məktəbin direktoru Gültəkin Cəfərova deyir ki, «burada mənəm, Bağdadda kor xəlifə”. Bağdadı kor xəlifədən amerikalılar qutarsa da, Dəlməmmədlilərin canını bu direktordan xilas edən tapılmır. Şəhidin qızının pulunu qaytarmaq əvəzinə, hədə-qorxu gəlir. Bu təhsildənkənar proseslərə müdaxilə edən valideynlərə, onların uşaqlarına mənfi münasibət bu məktəbdə adi hal alıb.


Valideynlərin dediyinə görə, məktəbdə ucdantutma rüşvət yığılır, pedaqoji kollektivin üzvləri məqsədli şəkildə incidilir və direktor onlardan da rüşvət alır. Bunu biz demirik, Dəlməmmədli şəhər sakinləri deyir. İnanmırsınızsa gedin və görün…


P.S. Qarşı tərəfin aldığı 1300 manatı nə vaxt qaytaracağı barədə verəcəyi vədi dərc etməyə hazırıq.


Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: