Saytların yazdığına görə, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində yaşayan ermənilər məskunlaşdıqları yerləri kütləvi şəkildə tərk edirlər.
Əslində isə Ağdərədə əhali 1993-cü ildən köçüb gedib. Fedai.az müharibədən öncə 45 minlik rayonda cəmi 4500 nəfərin qaldığını yazmışdı. İndi isə bu rəqəm 2500 nəfər təşkil edir. Azərbaycan əhalisinin sayı isə 17 min nəfərdən artıqdır. Sazişə görə rus sülhməramlıları məcburi köçkün Ağdərə azərbaycanlılarını öz yurdlarına qaytarmağa borcludurlar.
Bu dəfə Ağdərə qəsəbəsinin boşaldıldığını əks etdirən kadrlar yayımlanıb.
Erməni sürücü tərəfindən çəkilən görüntülərdən aydın olur ki, qəsəbə demək olar ki, boşdur.
BUDROOO NEWS-un yaydığı videonu diqqətinizə çatdırırıq:
