AVMVİB Tovuz rayon şöbəsində

Zəfər Günü bayramı münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra müharibə veteranları rayon mərkəzində Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Zəfər Gününə həsr olunmuş Şənlikdə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev məlumat verib.

Etibar Vəliyev, Allahdan bütün şəhidlərimizə rəhmət diləyərək, Ali Baş Komandanımıza uzun ömür və can sağlığı arzulayıb. Bizə bu günü yaşadan ordumuza zəfərlər diləyib.

Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Bu xəbəri paylaşın: