Xocavənd rayonunda şəhid ailələri ziyarət edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


Müharibə veteranları tərəfindən Xocavənd rayonu Qaradağlı kəndində şəhid Şirxan İsmixan Quliyevin məzarını ziyarət olunub.


Zəfər günündə — 9 noyabr 2020-ci ildə şəhid olan Şirxan Quliyevin Anım mərasimində müharibə veteranları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Şəhid ailəsinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından başsağlığı verilib.

Elə həmin Zəfər Günü — 9 noyabrda şəhid olmuş digər bir şəhidimiz Elzamin Eyvaz oğlu Tağıyevin də Anım mərasimi keçirilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun bildirdiyinə görə, tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov iştirak edib.

Şəhid Elzamin Tağıyev Xocavənd rayonu Qaradağlı kəndində anadan olub. Füzuli və Qubadlı rayonlarının düşmən işğalından azad edilməsində şücaətlər göstərib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB adından şəhid ailəsinə Fəxri fərman təqdim edib.

Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, bildirib ki, şəhidlərimizin Anım tədbirləri və adlarının əbədiləşdirilməsi ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: