«Biz türklərə qarşıyıq, siz isə bizə qarşısınız?» – PAŞİNYAN ƏLEYHİNƏ AKSİYADA SAXLANILANLAR VAR

rəvanda hökumət binasının qarşısında keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılanlar var.

Qafqaz.media xəbər verir ki, bundan əvvəl polis nümayişçiləri hökumət binasından uzaqlaşdırmağa çalışıb. «Biz türklərə qarşıyıq, siz isə bizə qarşısınız?», deyə etirazçılardan biri polisi qınayıb.

“Ayıbdır, çünki Paşinyan tezliklə gedəcək, onda nə deyəcəksiniz? Ayıb olsun sizə! Əgər vətən yoxdursa, belə iş kimə lazımdır?” – vətəndaş şikayətlənib.

Hazırda bina polis tərəfindən mühasirəyə alınıb.

Bu xəbəri paylaşın: