«Sülhməramlı» pərdəsi arxasında «Ayının min bir oyunu»

Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə Qarabağa gəlib.

Semyon Peqov sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub. O həmçinin, Əsgəran qəsəbəsinin Ağdamla qonşu olan hissəsində qanunsuz xidmət aparan qanunsuz erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, onlarla şəkil çəkdirib.

Peqov Azərbaycan Ordusunun mövqelərinin də foto və video çəkilişlərini aparıb.


Xatırladaq ki, Semyon Peqov II Qarabağ Müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olub.


Faktla bağlı 2020-ci ildə noyabrında Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 

Noyabrın 10-da isə Dağlıq Qarabağda Rusiya hərbçilərinin hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açılmışdı. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

P.S. Rus faşizminin «sülhməramlı» maskalı tör-töküntüsü günbəgün həyasızlaşmaqdadır. Alapetyan gedir, karapetyan gəlir, RUStam gedir, Peqov gəlir. Sarkisyan-Koçaryana qoşulub leş basdırmağa gəlir. Laçın koridoru «kanalizasiya borusuna» dönüb. Erməni harsınlarının dalınca abtafa gəzdirən İvan bu günədək sülh adına bir qələt edə bilməyib. Rus faşizminin üzərində tarixi qanlı ləkə olan Xocalıda itə-qurda heykəl qoyur. Tükdən dırnağa azərbaycanlıların qanına bulaşmış Rusiya imperiyası daim sülhün, əmin — amanlığın, əsayişin antonimi olub. Xalqı hiddətləndirən addımların sayı durmadan artmaqdadır. Bu qanunsuz hərbi birləşməyə daxil olan terrorçular özlərini bir vaxtlar ruslar tərəfindən qondarılmış «arsax müdafiə ordusu — 2» kimi aparmaqdadır. Azərbaycan xalqı: «İvan, idi domoy!» deyib qalxsa, bu imperiya tör-töküntüsünü ən azı Göyçəyə süpürüb tökəcəyi gün tezləşməlidir…

Bu xəbəri paylaşın: