Postumuza qumbara atan ermənini rusiyalı sülhməramlılar saxlayıblar

 Hərbçilərimizin blok-postuna RQD-5 əl qumbarası atan ermənini rusiyalı sülhməramlılar tutublar.


Xatırladaq ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.


Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.


Olayın təfərrüatları hələlik bəlli deyil.

Bu xəbəri paylaşın: