İranda baş verən zəlzələ zamanı azı 8 nəfər xəsarət alıb.
Bu barədə “Mehr” agentliyi xəbər verib.
«Haber Global» isə zəlzələ zamanı 2 nəfərin həlak olduğunu, 17 nəfərin xəsarət aldığını xəbər verib.
Məlumata görə, 6,1 maqnitudalıq yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Bu xəbəri paylaşın:
