Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru, II dərəcəli Ədliyyə qulluqçusu Eltac İskəndərov icra məktubunu tərtib edərkən müəllim işləyən, Şuşa şəhərindən məcburi köçkün, II qrup əlil, Yeni Azərbaycan Partiyasının üzvü, Qarabağ qazisinin oğlu Nurlan Məmmədovun çətin həyat şəraitini, ailə vəziyyətini və digər diqqətəlayiq halları nəzərə almamış, yalnız iddiaçı ilə görüşüb qanunu ayaqlayaraq onun istəkləri əsasında aliment kimi, vergi tutulmalarından və bank kreditlərinin çıxılmasından sonra yerdə qalan əmək haqqımın 50%-nin tutulması barədə icra sənədi (16.08.2021-ci il tarixli, 158933/14E saylı) tərtib etmişdir.

Hazırda həmin icra sənədi təhsil müəssisəsi tərəfindən diqqətəlayiq hallar nəzərə alınmadan, qeyri-humanist mövqe sərgilənərək icra edildiyi üçün müəllim faktiki olaraq əmək haqqı ala bilmir. N.R.Məmmədov bunun üçün iş yoldaşlarından yol pulu üçün borc alır və kommunal ödənişləri ödəyə bilmədiyi üçün yataqxanada gecələyir. Üstəlik anasının dərmanlara ehtiyacı var. Bu nüansları nəzərə alınması bir yana, ölkə qanunlarından kənar bir şəkildə aliment ödənişlərinin təyin edilməsi yoxlanılmalıdır.
Qeyd edək ki, Şuşa Rayon Məhkəməsinin (hakim Cəmilə Səfyeva) 2(077)-22/21 saylı, iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsində vətəndaş N.R.Məmmədovun qovulduğu mənzildə yaşamaq hüququ bərpa edilmiş və köçürülmə ilə bağlı qətnamə çıxarılmışdır. Lakin məhkəmə qətnaməsinin məhz bu hissəsi ilə bağlı qərar hələ də icra olunmamış qalır. Abşeron rayon İcra və probasiya şöbəsi bu qətnaməyə qeyri-konstruktiv yanaşmaqla Xırdalan şəhəri ərazisində Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan insan hüquq və əsas azadlıqları haqqında həm yerli, həm də Azərbaycan Respublikasının tərəfdaş çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasını kobud surətdə pozur. Bu fakt Azərbaycan Respublikasının hüquq-məhkəmə sistemində bir qrup korrupsioner məmurun fəaliyyət göstərməsinə, Azərbayan Respublikası Prezidenti cənab İlham Əliyevin demokratik cəmiyyətdə dövlətin hüquq siyasətinin həyata keçirilməsində, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasın; ədliyyə sistemini bir qrup məmurun iflic etməsinə bariz nümunədir.
Qeyd edək ki, vətəndaş N.R.Məmmədova iddia qaldıran tərəf Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Orqanlarının əməkdaşı, hazırda müvəqqəti olaraq sərəncama götürülən Allahverdiyev Anar Elxan oğludur. Məlumata görə, ondan şikayət olunmasın və adı hallanmasın deyə nazirlikdə işləyən himayədarı və Səbael Rayon Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ona bu işləri rahat görməsi üçün şərait yaratmışlar. Bacısının əli və yaxın qohumlarının dövlət orqanlarında hakimiyyət imtiyazlarından və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaşa qarşı inkvizisiya həyata keçirən Anar Allahverdiyevə müxtəlif nazirliklərdə işləyən qohumları üçüncü neytral şəxslərin əli ilə dəstək verir və bununla Azərbaycan Respublikasında Qanunun Aliliyi prinsipini tapdalayırlar.
Allahverdiyev Anar Elxan oğluna Azərbaycan Respublikası Qanunlarının tapdanmasına köməklik göstərən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dəstək nümayiş etdirən məmurlarla bağlı silislə yazılar yaxın günlərdə portalımızda dərc olunacaqdır.
Ümid edirik ki, adlı siyahı dərc edildikdən sonra Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru, II dərəcəli Ədliyyə qulluqçusu Eltac İskəndərov aprel ayından indiyə qədər məhkəmə qətnaməsini hansı səbəbdən icra etmədiyini mətbuata açıqlaya biləcəkdir.
P.S. Ümid edirik ki, Ədliyyə nazirliyi Qarabağ müharibəsi veteranının oğlu, II qrup əlil və ən əsası Fedai.az könüllüsü və Veteran.az saytının redaktorunun bu harayına əməli cavab verəcəkdir. Məhkəmə və İcra və probasiya şöbəsinin icra məmurlarının kimlərinsə sifarişiylə ölkə qanunlarına əməl etməmələri faktı ortadadır. II qrup əlil öz haqqını harada aramalıdır?
