Rusiya Hindistana S-400 göndərməyə başladı

Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin Hindistana tədarükünə başlandığını bildirib.  

Hindistan və Rusiya arasında S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə 2018-ci ilin noyabrında ümumi dəyəri 5,4 milyard dollar müqabilində imzalanmışdı.

  Hindistanın baş naziri Narendra Modi ilə Rusiya prezidenti Vladimir Putin arasında aparılmış geniş danışıqlar nəticəsində razılaşdırılan saziş çərçivəsində çatdırılmaların 2023-cü ilin aprelində başa çatdırılması gözlənilir.

Mənbə: TASS

Bu xəbəri paylaşın: