Ermənilər rus bazasının ləğvini tələb edir: «Gümrüdəki baza Ermənistan üçün təhlükədir» — Ekspert

“Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ölkənin suverenliyinə təhlükədir”.

Bu fikirləri Ermənistan televiziyasında canlı yayımda erməni ekspert səsləndirib.

Son günlər Ermənistan media məkanında Rusiyanın Gümrüdə yerləşən102-ci hərbi bazasının legitimliyi və məqsədəuyğunluğu məsələsi aktiv şəkildə müzakirə olunur.

Bu dəfə isə erməni ekspert bəyan edib ki, Rusiya bu hərbi baza ilə öz hərbi-siyasi məsələlərini həll edir, Ermənistanın heç bir problemini həll etmir.

“Qarabağ müharibəsi zamanı biz bütün bunları öz gözümüzlə gördük, bu baza bizə ancaq baş ağrısıdı”, – deyə ekspert vurğulayıb.

Ekspertin fikrincə, Rusiyanın Ermənistandakı bazası, ilk növbədə, ölkənin suverenliyinə təhlükədir. Rusiyanın buna münasibəti necə olacaq, maraqlıdır…

Mənbə: Konkret.az

Bu xəbəri paylaşın: