DİN: Mina partlayışında ölən var

Ağdam sakini minaya düşərək həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu24.com-a  bildirilib ki, bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində yerli sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb.

Nəticədə o, hadisə yerində həlak olub.

Ağdamın işğaldan azad olunan Tağıbəyli kəndi ərazisində minaya düşərək həlak olan Zaur Ağayevin nəşini ərazidən çıxartmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaşın: