«МИРОТВОРЦЫ», YOXSA ŞƏR MAŞINI?

ELBARİZ MƏMMƏDLİ

Görürsünüz, Qarabağda nələr baş verir? Məkrli düşmənlər hadisələri yenidən gərginləşdirmək üçün silahlı hücumlardan belə çəkinmirlər. Əslində bütün bunlar ötən il atəşkəs haqqında üçtərəfli sənəd imzalananda, gün kimi aydın idi. Sosial şəbəkələrdə məğlub olmuş erməni tərəfinin nümayəndələri yalnız revanşla bağlı fikirlərini söyləyir, Azərbaycanı ışğalçılıqda günahlandırırdılar.

Bu , soysuz toplumun xarakteri budur və tarixdə dəfələrlə xəyanətkarlıq aləti kimi özünü göstərib. Yenə də alman Adamsın fikrini diqqətə almaq yerinə düşür: «Erməninin qulunda da utanmaq hissi yoxdur» Hərçənd ki, son onilliklərdə Azərbaycan siyasətində də xarakterinə görə ermənilərlə eyniləşən, amma ermənidən fərqli olaraq, öz millətinə yalan və böhtan üfürən zatlara rast gəlirik. Həmin zatlar bu gün dolayı yolla Rusiyanın ölkəmizə qarşı işğalçılıq siyasətinə xoş məram donu geydirib cəmiyyəti çaşdırmaqla məşğuldurlar. Qayıdaq söhbətimizin üstünə.

Məlumdur ki, erməni cəmiyyətinin içində oynayan təkcə revanşist millətçilərin və işğalçı Rusiyanın əli deyil. Burda erməni daşnaklarının əsas ilhamvericisi rolunu oynayan Fransanın, onlara xüsusi rəğbəti olan ABŞ -ın, Türk düşmənçiliyini özünün əsas savaş məsələsinə çevirmiş İranın böyük xidməti var. Maraqlıdır ki, adı çəkilən dövlətlərin erməni məsələsində heç vaxt mövqeləri toqquşmur. Hətta Qərb dövlətləri bəzən erməni havadarlığına görə özlərinin region maraqlarından da vaz keçmək görüntüsü yaradırlar.

İndiki məqamda vəziyyətin gərginliyə doğru istiqamətlənməsi isə, birmənalı demək olar ki, birbaşa Rusiyanın işğalçılıq niyyətlərindən qaynaqlanır. Baxın, Azərbaycan hərbçiləri 60 nəfərlik diversiya qrupunu yaxalayıb tərksilah etməyə cəhd göstərir, Şuşa postunda erməni terrorçusu qumbara ataraq, əsgərlərimimizi yaralayır və rus ordu nümayəndələri yengəlik edərək, hər iki halda düşmənlərin sərbəst buraxılmasına nail olurlar. Özü də bu, qardaş Türkiyədə Türk Dövlətləri Təşkilatının elan edildiyi vaxta təsadüf edir. Nir tərəfdən də Xankəndində və ətraflarda qalmaqda olan erməni silahlı birləşmələri silah-sursatla təmin edilib gücləndirilir. Ermənistanın hərbi naziri çəkinmədən Xankəndinə görüşə gəlir. İndi soruşmaq lazımdır ki, ay şərəfsiz rus, -başına»миротворец» (sülhməramlı) dəbilqəsi qoyub ara qatan işğalçı, sülhü beləmi qoruyurlar?

Onsuz da sizin hansı ölkələrə yardım və «sülh» məqsədi ilə getdiyinizi hamımız yaxşı bilirik və bir çox xalqlar öz tarixində həmin günləri lənətlə xatırlayır. Doğru olan odur ki, bu gərginlik Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsinə və Türk Birliyinin formalaşmasına təzyiq cəhdləridir. Kreml hələ də anlamaq istəmir ki, çağdaş dünyada belə cəhdlərin uğur gətirməsi istisna təşkil edir. Bunun ən yaxşı dərslərini vaxtilə Əfqanıstanda alıblar. İndi Belorusun ərazisindən qaçqın ordusunu Polşaya ötürmək istəyi də Rusiyanın maraqlarına xidmət göstərən məsələdir.

Baxın, ruslar özlərinin qanlı əməlinin qurbanı olmuş Xocalıda erməni küçüyünü bağrına basmış «xilaskar» rus əsgərinin heykəlini qoyurlar, xatirə lövhələri ucaldırlar, kilsə tikirlər və soruşan olmur ki, sənin olmayan torpaqlarda niyə zibilliklər yaradırsan. Sən kimin və nəyin xilaskarısan? Və bu xilaskarlıq missiyasını vaxtilə daxil olub, ermənilərlə birgə soyqırımı törətdiyin Xocalı körpələrinə niyə nümayiş etdirmədin?Qısası odur ki, erməni soysuzlar bu münaqişədə vasitədir. İşğalçı rus ordusu torpaqlarımızdan rədd olmalıdır.

Sabah gec ola bilər. Bizə öz məsələmizi həll etmək üçün » миротворцы» filan lazım deyil. Elə yüz illərdi bu oyunların hesabına param-parça olmuşuq. İndi söz və növbə bizimdir. Xalqımız hamılıqla bu mabarizəyə səfərbər olunmalıdır. O zaman dövlət də öz mövqeyini daha kəskin şəkildə ortaya qoymaq məcburiyyətində qalacaqdır. Ermənilərin Qarabağdan rədd olub getməsi üçün bu hərəkətlilik çox vacibdir. Növbəti dəfə diversantı və terrorçunu havadarına təhvil vermək yox, məhv etmək lazımdır. Hər bir Vətən keşikçisinə bu imkan tanınmalıdır.

Bu xəbəri paylaşın: