TƏBRİK: TÜRKAY XAQAN — 27

Fedai.az könüllülərindən olan Türkay Xaqanın 27 yaşı tamam olur.

Lap dünənlər kimi düşündüm, amma tam 27 ili arxada qoymuşuq. İllər nə tez ötdü. Sən artıq böyük adamsan. Bil ki, sən həmişə mənim üçün balaca uşaq olaraq qalacaqsan. O cür sevimli, o cür saf…

Həyat enişli-yoxuşlu yollardan ibarətdir. Tanrı hər insanı enişində, yoxuşunda sınağa çəkər. Allahın sınaqlarından daim üzüağ, alnıaçıq çıxmanı diləyirəm.

Oğula «düşmən çəpəri» demiş atalar. O düşmən Vətənimizə, Byrağımıza, Millətimizə kəc baxanlardır. Oğul Vətənə sərhəd və sipər olmaq üçün daim çalışmalıdır.

Arzular çoxdur. Amma ən gözəl arzu özünün istədiyin bütün arzularının həyata keçməsidir. Ömrün mənalı, ayların səadətlərlə bəzənmiş və günlərin xoş müjdələrlə keçsin.

Sağlam, hüzurlu günlər, aylar, illər sənin olsun, Türkay bəy. Biz səninlə fəxr edirik, çünki sən bizi heç vaxt ruhdan salmamısan və həmişə fəxr edə biləcəyimiz işlər görməyə çalışmısan. Bu həyatda və qarmaqarışıq dövrdə doğru olduğunu düşündüyün və bildiyin yolla getməyə çalış!

Bütün gözəlliklər, sənin olsun və bu gözəlliklər qoynunda 100 yaşa, Türkay bəy!

Fedai.az kollektivi, atan,anan, bacın Turan, qardaşın Atilla səni təbrik edir…

Bu xəbəri paylaşın: