Rusiya və Çin Türk Birliyinin təbii üzvləridir

Türkiyə hesab edir ki, Rusiya və Çin Türk Dövlətləri Təşkilatının (TDT) təbii üzvləridir.

Bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Binəli Yıldırım TASS-a açıqlamasında deyib.

O bildirib ki, Türk Şurası 2009-cu ildə formalaşdırılıb, ona hazırda 7 dövlət üzvdür:

“Macarıstan və Türkmənistan müşahidəçidir, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan isə üzvlərdir. Əlbəttə, bu say yaxın illərdə artacaq. Türkcə danışan və yaxud türklərin də yaşadığı dövlətlər TDT-nın təbii üzvləridir”.

B.Yıldırım deyib ki, bütün Balkan ölkələri, ilk növbədə Bolqarıstan, Bosniya və Hersoqovina, Serbiya, Albaniya və Makedoniya TDT-nın təbii üzvləridir və gələcəkdə ona qoşulacaqlar:

“Bundan başqa, Rusiya və Çin də bu təşkilatın təbii üzvləridir”.

Bu xəbəri paylaşın: