Ermənistan təhvil verilmiş əsirlərə cinayət işi qaldırıb

Dekabrın 4-də Ermənistana qayıdan 10 məhbusdan 5-nin saxlanılması ilə bağlı vəsatət verilib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadosyan «Sputnik Ermənistan»a müsahibəsində bildirib.

«Hazırda onlar həbs ediliblər. Məhkəmə iclasları davam edir”, — Tadjosyan qeyd edib.

O vurğulayıb ki, gələcəkdə proseslə bağlı əlavə məlumat veriləcək.

Qaytarılan məhbuslar Ermənistan Respublikası Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi — ağır nəticələrə səbəb olan hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozma maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan tərəfindən törədilən təxribat zamanı Azərbaycan ordusu tərəfindən əsir götürülən 10 erməni hərbçisi dekabrın 4-də öz ölkələrinə təhvil verilib. Onları Ermənistana rus generalı Rüstəm Muradov aparıb.

Bu xəbəri paylaşın: