Zəfər paradından 1 il ötdü

Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradının keçirilməsindən 1 il ötür. 2020-ci il dekabrın 10-da isə paytaxt Bakıda Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Hər iki Prezident parad zamanı çıxış edib.

“Dəmir yumruq” əməliyyatında — Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Bu xəbəri paylaşın: