Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə (təcrübəsi ilə), mənəvi və işgüzar keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi, sadəliyi və təmkinliyi ilə eləcədə, bədən tərbiyəsi və idman sahəsində qazandığı uğur və naliyyətlər ilə seçilən ömrünün ən məhsuldar dövrünün 40 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və İdman sahəsində keçirən Müharibə Veteranı və SSRİ İdman ustası ehtiyatda olan mayor Səfərəliyev Nizam Mühəddin oğlunun 11 dekabrda 58 yaşı tamam olur.
Bu gün münasibəti ilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı və SSRİ İdman Ustası, ehtiyyatda olan mayor Səfərəliyev Nizami Mühəddin oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Mayor Səfərəliyev Nizam Mühəddin oğlu 11 dekabr 1963 -cü ildə Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Oçamçira rayonunda dünyaya göz açıb.
O, Baki şəhər Təhsil İdarəsinin Nərimanov rayonunda yerləşən orta məktəbi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitrib. O, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində eləcədə Azərbaycan Respublikasının yığma komandasının tərkibində keçirilən bir çox toplanışlarda, məşqlərdə (təlimlərdə) seminar və konfranslarda fəal iştirak etmişdir.
Nizam Səfərəliyev 1982-1983-cü illərdə Sovet ordusunun Bakı şəhərində yerləşən Mərkəzi ordu kulubunda müdddətli həqqi hərbi xidmətdə olmuşdur. 1988- 1991-ci illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən Konvoy (Mühafizə) və Əməliyyat alaylarında idman üzrə baş təlimatçı, Diviziya komandirinin adyutantı vəzifələrində xidmət etmişdir.
İdman ustası mayor Səfərəliyev Nizam Mühəddin oğlu 1992-2008-ci illərdə Azərbaycan Respublikasının Daxili Qoşunların Baş idarəsinin Konvoy (Mühafizə) alayında idman və fiziki hazırlıq rəisi, Daxili Qoşunların Bas İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə Xüsusi təyinatlı taqım komandiri, DQBİ- nin Əlahiddə idman bölüyünün komandiri, DQBİ- nin Əlahiddə İdman komandasının rəis müavini vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.O, 2009-cu ildən etibarən İdman sahəsində məşqçi işləyir. Nizam Səfərəliyin hazırladığı və məşq edirdiyi bir cox idmançılar ölkə, Avropa cempionatların və beynəlxalq turnirlərdə ən yüksək nəticələr əldə etmişlər.
Mayor Səfərəliyev Nizam Mühəddin oğlu bir çox Azərbaycan, SSRİ və Avropa çempionatlarında, Beynalxaq turnirlərdə, Daxili İşlər və Müdafiə Nazirliklərin, təşkil etdiyi yarışlarda (hərbçilərin çempionatlarında) iştirak edərək cempion olmuşdur.
O, İdman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ idman ustası adına layiq görülmüşdür.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir. O,istər yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində , məşq etdiyi idman klublarında, istərsə də, xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olub.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandiri və onun müavinlərinin müvafiq əmrləri Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə və İdman sahəsində fəriqləndiyinə görə Mayor Nizam Səfərəliyev Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-illiyi və 90-iliyi medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NİZAM BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev












