Ukrayna “Bayraktar”la bağlı bu məlumatları məxfiləşdirdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyevin Donbasdakı hərbi əməliyyatları zonasında “Bayraktar” hücum pilotsuz uçan aparatları və “Javelin” raket sistemlərinin istifadəsi ilə bağlı məlumatları məxfiləşdirib. 

Bu barədə “Ukrayna” xəbər agentliyi Baş Qərargahın məlumatlarına istinadən məlumat yayıb .

«Bayraktar TB2 kəşfiyyat-hücum pilotsuz sistemləri və «Javelin» portativ tank əleyhinə raket komplekslərinin birgə qüvvələrin əməliyyatı bölgəsində istifadəsi ilə bağlı məlumatlar rəsmidir», — məlumatda bildirilib. Həmçinin əlavə edilib ki, bu məlumatlar məhdud çıxışı olan məlumat sayılır və açıqlana bilməz.

Digər bir məlumatda deyilir ki, Donetsk şəhərinin Oktyabrskaya qəsəbəsi ərazisində Ukrayna ordusuna məxsus «Valkyrie» PUA-sı aşkarlanıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, bu pilotsuz uçan aparatın köməyi ilə Ukrayna ordusu kəşfiyyat işləri aparıb və atəş üçün məlumatlar hazırlayıb.

Bu xəbəri paylaşın: