Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədr müavini, qazimiz Etibar Ağakişiyevin oğlu qəhrəman şəhidimiz Nurlan Ağakişiyevin sosial şəbəkədə fotoları paylaşılıb.
Vətən müharibəsi şəhidi Nurlan Ağakişiyevin atası birinci Qarabağ müharibəsi qazisi Etibar Ağakişiyevdir.
Qazi Etibar Ağakişiyev oğlunun şəhid olduğu gün Youtube-də demişdi: «Allah mənə qazilik qismət etmişdi. Oğlum isə şəhidlik zirvəsinə yüksəldi. Qələbə naminə, Vətən naminə hamımız getməliyik. Mən özüm iyul ayından orduya yazılmışdım. Müharibədə mən özümə şəhidlik arzu eləmişdim. Oğluma nəsib oldu. Allaha şükür olsun! Oğlum mənim oğlum idi, indi bütün xalqın oğludu. Arzum Şuşada olmaqdı»…
Qazimizə can sağlığı, gül üzlü şəhidimizə Allahdan rəhmət diləyirik!



