Müharibə veteranları Zəfər turnirini izləyiblər

13 dekabr 2021-ci il tarixində Bakı İdman Sarayında «Seni Azərbaycan» firmasının təşkilatı dəstəyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin və Boccia İdman Federasiyasının 5 kateqoriyalı idmançıları arasında Boccia İdman növü üzrə Zəfər turniri keçirildi.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü olan müharibə veteranları, qaziləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri ehtiyyatda olan polkovnik Elmar Hüseynovun rəhbərliyi ilə Zəfər turnirində Fəxri qonaq kimi iştirak etdilər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü olan Nəsimi rayon veteranları əlil idmançılara dəstək oldular.

Bu xəbəri paylaşın: