TƏBRİK: HÜSEYNOV RƏŞİD MUSTAFA OĞLU — 60

      Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri  və praktiki biliyi ilə (təcürbəsi ilə) mənəvi və işgüzar keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə,  seçilən ömrünün  ən məhsuldar dövrünün 18 (on səkkiz) ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən Müharibə Veteranı ehtiyyatda olan polkovnik- leytenant Hüseynov Rəşid Mustafa oğlunun 16 dekabrda 60 yaşı tamam olur.

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant  Hüseynov Rəşid Mustafa oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat  yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş polkovnik- leytenant  Hüseynov Rəşid Mustafa oğluna sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək  şəkildə keçsin. Amin !

     Ehtiyatda olan polkovnik-leytenant Rəşid Mustafa oğlu Hüseynov 16 dekabr 1961-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Amaşlı” nəslindəndir .

       Atası – Hüseynov Mustafa Rəhim oğlu, 01.01.1936-cı il təvəllüdlü, uzun müddət Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyi sistemində işləyib və təqaüdə çıxıb, 04.05.2000-ci ildə vəfat edib, Faxralıda dəfn olunub.

       Anası – Hüseynova (Babaşova) Əsli Əhmədalı qızı, 14.03.1942-ci il təvəllüdlü, evdar qadın, 12.12.2013-cü ildə vəfat edib, Faxralıda dəfn olunub.

2 qardaşı (Rəhim, Cümşüd), 1 bacısı (Elmira) var.

     Evlidir, həyat yoldaşı “Ayvazöyü” nəslindən Hüseynova (Orucova) Nəzakət İslam qızıdır. 1 oglu (Cavanşir), 3 qızı (Pərvanə, Aynur, Əfsanə) var.

     1979-cü ildə Bolnisi rayonunun Faxralı kənd orta məktəbini, 1984-ci ildə  Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetin) Tətbiqi-riyaziyyat fakultəsini bitirib. 1984-1991- ci  illərdə Neft- Kimya Avtomat Elmi Tədqiqat İnstitutunda «aparıcı mühəndis «vəzifəsində işləyib və həmin İnstitutun Aspiranturasına daxil olaraq “ Qeyri-hamar optimal idarəetmə məsələləri” üzrə elmi işlə məşğul olub.

      O, 1992-2010- cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi  və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrdə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin AİS xidmətində isə «proqramçı-baş mühəndis , DQBİ-nin AİS xidmətinin rəisi vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Rəşid Hüseynov Daxili Qoşunların Baş İdarəsinən Silahllı Qüvəllərə ehtiyata buraxldıqdan sonra  2011 -ci ildən etibarən, əsasən Dövlət Qurumlarında Biznes lahiyələri həyata keçirən Cybernet MMC — də işləyir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant  Hüseynov Rəşid Mustafa oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, səriştəli, şəxsi  intizamı ilə isə başqalarına nümunə olan baş zabit kimi göstərmişdir.O,istər anadan olduğu və yaşadığı   ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum- əqraba, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır.

     O, müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına,  hərbi andın və hərbi nizamnamələrin tələblərinə eləcədə vəzifə borclarının icrasına  məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə  yerinə yetirilməsi  üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçuları fədəkar  xidmətə ruhlandırmışdır.

     Müstafa oğlu Rəşid Hüseynov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  AİS xidməti üzrə peşəkar zabitlərin, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçuların  hazırlanmasında, eləcədə Daxili Qoşunların Bas İdarəsinin AİS xidmətinə  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur.

      O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

       Polkovnik leytenant Hüseynov Rəşid Mustafa oğlu Hərbı vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə ‘Əla Xidmətlərə Görə» döş  və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür  elan edilib.

     Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə,  2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrinin yaranmasının» isə 10-iliyi, 90-illiyi yubiley medallları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞİD MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: