Beyləqanda şəhidin Anım mərasimi keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonu Təzəkənd kəndində şəhid Tural Arif oğlu Əliyevin Anım mərasimində iştirak ediblər.

Şəhid Tural Arif oğlu Əliyev 44 günlük Vətən müharibəsində uzanan döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdən keçib. Qəhrəman döyüşçü Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Onun qəhrəmanlığı müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edərək daim şəhid ailələrinin yanında olduqlarını bildirdilər. Qeyd etdilər ki, şəhidlərin ailələri o müqəddəslərin bizlərə əmanətidir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin imzaladığı Fəxri fərman şəhid Tural Əliyevin valideynlərinə təqdim olundu.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: