Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin veteranları 44 günlük Vətən müharibəsi şəhidi Səfərov Fariz Şəmil oğlunun il mırasimində iştirak ediblər.
Şəhid Fariz Səfərov döyüşlərə Təcili Yardım sürücüsü kimi qatılmış və döyüş bölgəsindən yaralı və şəhid əsgərlərimizi təxliyə edirdi.
Fariz Səfərov 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. 2 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olmuşdur. Ailəliydi. Dörd övladı yadigar qalıb.
Bakı şəhəri Ramana kənd qəbirstanlığında dəfn edilib.Tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin Başçısı və idarə rəhbırləri, rayon ictimayətinin nümayəndələri, Hacıqabul Təcili Yardım stansiyasının işçiləri və AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev iştirak edib.
Tədbirin sonunda Prezident Aparatının İşlər İdarəsi şəhidimizin ailə üzvlərini Fəxri Fərmanla təltif etdi.
Allahdan şəhidimizə rəhmət diləyirəm.

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az saytının müxbiri



