TƏBRİK: ABIYEV İLHAM QURBANQULU OĞLU — 52

       Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri  və praktiki biliyi ilə (təcürbəsi ilə) işgüzar və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  seçilən ömrünün  ən məhsuldar  dövrünün  35 ildən çox şərəfli xidmət yolunun üç ilini  Cəmşid Naxçıvanski adına hərbi liseydə, dörd ilini Ali hərbi məktəbdə, iyrimi səkkiz ilini isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant Abıyev İlham Qurbanqulu oğlunuun  20 dekabrda  52 yaşı tamam olur.

      AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyyatda olan polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlu  20 dekabr 1969-cu ildə Salyan rayonunda anadan olub.  1977-ci ildə  Salyan şəhər 4 (dörd) saylı orta məktəbə daxil olub və 1984 -cü ildə  yüksək bala Cəmşid Naxçıvanski adına liseyə daxil olub. 1987-ci ildə  Cəmşid Naxçıvanski adına hərbi liseyi bitrdikdən sonra  Ukrayna Respublikasının Poltava şəhərində yerləşən  Poltava Ali Hərbi Rabitəçi  Komandirlər  məktəbinə daxil olmuş, 1991 -ci ildə həmin ali hərbi məktəbi müvəffəqiyyətlə bitribdikdən sonra ilk leytenant hərbi rütbəsi alnmışdır

O, 2015- ci ildə Silahlı Qüvvələr Akademiyasını bitirmişdir.

     İlham Qurbanqulu oğlu Abıyev  1991 — 2020-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Konvoy (Mühafizə) Alayinda, Ağdam, Füzuli, Binəqədi, Xətai  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və Əlahiddə Dayaq Rabitə qovşağında Rabitə xidmət rəisi, Dayaq Rabitə Qovşağ rəisinin müavini, Dayaq Rabitə Qovşağının rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Rabitə şöbəsinin baş zabiti , Xüsusi Rabitə xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      İlham Abıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

       Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

  O, daimi, həmişə ləyaqətinin şərəfinin, işgüzar fəalıyyətının  toxunmazlığnı gözləmiş, nüfuzunu  qorumuş vüqarını daima yüksək saxlayaraq ,alını açıq və   başı uca gəzmişdir.  Xalqa, elə obaya dövlətə xidmət ,özdə  etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

       Hərbi xidməti  vəzifələrin  icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə,döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldıgı orta və ali təhsil müəssisələrin rəhbərlərinin, hərbi hissə komandiri və onların müavinlərinin müvafiq əmrləri ilə  «Əla xidmətlərə görə» döş, yubley və müvafiq idman dərəcələri nisanları ilə, təşəkkür namələr ilə, pul mükafatları ilə, fəxrı fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda,  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində, döyüş xidmətində və  döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdenti adından Daxili İşlər Nazirnin  müvafiq əmrləri »  Hərbi xidmətlərə görə — 3 dərəcəli, «Silahlı Qüvvələr Veteranı», «Qusursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10-illiyi,90-illiyi və 95-iliyi yubiley  medalları ilə təltif edilib.

Abıyev İlham Qurbanqulu oğlu  Azərbaycan Respublikasının Prezidentının  11 mart 2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə, gösdərdiyi şücaət və igidliyə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLHAM BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: