TƏBRİK: ORUCOV YAVƏR SULTAN OĞLU — 55

AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev müharibə veteranı, ehtiyyatda olan palkovnik-leytenant Orucov Yavər Sultan oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

      Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant  Orucov Yavər Sultan  oğlu  20 dekabr 1966- ci ildə   Zəngəzur mahalının Qafan rayonun Aşağı  Gödəkli kəndində dünyaya göz açıb. O, Zəngəzur mahalının Aşağı Gödəkli  kənd orta məktəbini, Bakı şəhər Dəmir Yolu Texnikomunu,Müdafiə Nazirliyinin və Daxili Qoşunların zabitlərin təhkimləşdirmə kurslarını yüksək göstəricilərlə bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     Orucov Yavər Sultan oğlu 1985-1987-ci illərdə  Sovet Ordusunun  Zabaykal hərbi dairəsində  həqqi hərbi xidmətdə olub. 1991 -2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ağdam, Füzuli, Xətai, Quba və Xəzər rayonlarnda yerləşən  hərbi hissələrində   minaatan taqım komandiri,  Minaatan batareya komandiri, Artilleriya rəisi, Silahlandırma xidmətinin rəisi, Daxili Qoşunların  Ali hərbi məktəbində baş müəllim,Daxili  Qoşunların Bas İdarəsinin Maddi — texniki təminat idarəsində isə Silahlandırma xidmətinin rəis müavini vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə etməşdir.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Polkovnik leytenant Yavər Orucov peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak edib.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

    O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     Hərbi  xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri    göstərdiyinə görə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə   döyüş və xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi  fəriqləndiyinə görə «Qusrsuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10-illiyi , 90- illyi və 95-iliyi yubley medaları ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezıdentının  30 iyun 2002 ci il tarixli 725 saylı sərəncamı ilə  Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa,terrorçüluğa  və diğər  cinayətlərə qarşı mübarizədə,    qanunsuz  silahlı dəstələrin zərərsizləşdirilməsində  xüsüsi ilə fəriqləndiyinə  Polkovnik-leytenant Yavər Orucov «VƏTƏN UĞRUNDA» medalı ilə təltif olunub

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, YAVƏR MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: