Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və «Turan elləri» Qrupu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquqi məsələlər üzrə müavini Abbas Hüseynlinin il mərasimində iştirak ediblər.
Abbas Hüseynlini COVİD 19 virusu vaxtsız sıralarımızdan ayırdı. O, Ağdərə və Ağdam rayonları uğrunda döyüşlərdə iştirak edib. Ağdərə rayonunda sahə müvəkkili kimi fəaliyytə başlayaraq yerli əhalinin müdafiəsində misilsiz xidmətləri olub. Atəşkəs dövründə Bakı şəhərinin müxtəlif rayonlarında polis şöbələrində işləyib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvlərinə hüquqi yardımlar edərək, «Veteranlar haqqında» Qanun lahiyəni işləyib hazırlamışdı.
Abbas Hüseynli bir Turan sevdalısıydı. Onun bu sahədə ciddi araşdırmaları və arzuları vardı. Bu yolda atılan hər bir addımı təqdir edir və dəyərləndirməyə çalışardı. Ən böyük idealı türk xalqlarının yenidən bir araya gətirilməsi, mədəni əlaqələrin, iqtisadi və siyasi birliyin qurulması idi.

Abbas Hüseynlinin il mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, sədr müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, NTK sədri Niyazi Quliyev, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov, Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, «Turan Elləri» Qrupunun üzvləri İmran Bədirxanlı, Etibar Əhmədli, Sarvan Abbasov və mərhumun yaxınları iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev mərhuma Allahdan rəhmət dilədi. AVMVİB sədrinin müavini İslam Səfərov Birlik adından Abbas Hüseynlinin keçdiyi şərəfli döyüş yolundan, ictimai fəaliyyətdən söz açdı. Onun adının həmişə qəlbimizdə yaşayacağını qeyd elədi.
Mərhumun məzarı başında dualar oxundu və güllər qoyuldu.
Sonda «Turan Elləri» Qrupu və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) birgə nəşr etdirdiyi Abbas Hüseynlinin «Ömür dediyimiz bir göz qırpımı» adlı kitabı ailəsinə təqdim edilib. Kaitab haqqında kitabın redaktoru İmran Bədirxanlı danışdı və mərhumun qələmindən çıxan avtobioqrafiq əsər haqqında mlumat verdi.
Allah rəhmət eləsin!
X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri





