Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Danışıq zamanı nazirlər demarkasiya-delimitasiya mexanizmlərinin hazırlanmasının əhəmiyyətini qeyd ediblər.
Tərəflər həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin vacibliyini də vurğulayıblar.
Bu xəbəri paylaşın: