Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə NATO arasında gərginliyin “təhlükəli həddə çatdığı” fikrini bildirib.
“Rusiya ilə NATO arasında gərginlik təhlükəli həddə çatıb. Türkiyə yalnız Rusiya ilə geniş əlaqələrə malik olduğu üçün Ukrayna ilə yaxın münasibətini nəzərdən qaçırmayacaq”, — deyə Çavuşoğlu bildirib.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə “ölkənin milli təhlükəsizliyinin şərtlərinə və tələblərinə uyğun diplomatiya aparır”. «Çətin işdir, amma diplomatiya bunun üçündür. Türkiyə hökuməti üç sütuna əsaslanan xarici siyasət qurur: milli dəyərlər və maraqlar, yerdəki vəziyyət və ölkənin imkanları», — deyə o əlavə edib.
Mənbə: TASS
Bu xəbəri paylaşın: