AVMVİB sədri Ali Baş Komandana minnətdarlıq etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirib ki, Prezidentin ötən gün imzaladığı sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin əməkdaşları, Daxili Qoşunların əməkdaşları, DİN-in xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri, Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşı 20 % artırması, qazilərə birdəfəlik ödəniş veriləcək: I dərəcə əlilliyə görə – 8 800 manat; II dərəcə əlilliyə görə – 6 600 manat; III dərəcə əlilliyə görə – 4 400 manat ayrılması Ali Baş Komandanın münasibətini, qayğı və diqqətini əks etdirir.


Füzuli Rzaquliyevin sözlərinə görə, məlum Fərman şəhid ailələri, qazilərlə yanaşı, əlillərin də hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir. Dövlət başçısının Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair Fərmanı hər şeydən əvvəl bu təbəqədən olan insanlara diqqət və qayğının göstəricisidir. Bu insanlar dövlətimiz, Vətənimiz uğrunda mübarixzəyə qalxmış insanlardır. Onlar öz sağlamlıqlarını Vətənə, onun ərazi bütövlüyünə görə qurban veriblər. Bu gün dövlətimizin atdığı bu addım bu təbəqədən olan insanların xidmətini qiymətləndirilməsinin bariz nümunəsidir. İllərcə gözlənən bir qərarı dövlət başçısı imzaladığı fərman reallaşdırdı.

AVMVİB sədri F. Rzaquliyev dedi: “Fərmanla 1997-ci il avqustun 2-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmə veriləcək. Belə ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Bu isə Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə — ümumilikdə 17-20 min ailəyə böyük dəstəkdir. Atılmış bu addım təkcə müharibə əlilləri tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən alqışlanır, məmnunluqla qarşılanır”.


Füzuli Rzaquliyev qeyd edib: “Azərbaycanda Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi dövlət siyasətinin həyata keçirildiyi məlumdur. Biz bu diqqət və qayğını daim hiss edirik. Müharibə iştirakçıları olan şəxslər hər zaman özlərini Ali Baş Komandanın əsgəri sayırlar. Bu gün də davam edən sosial siyasət nəticəsində minlərlə müharibə əlili və şəhid ailələri mənzil və fərdi evlərlə təmin olunub. Dövlətimizin və onun rəhbərinin veteranlara, qazilərə və şəhid ailələrinə diqqət və qayğısı, o cümlədən Ordumuzun gücləndirilməsi istiqamətində yürütdüyü siyasət bir-birinin davamı hesab olunmalıdır.

Biz — Vətən müharibəsinin veteranları olaraq Ali Baş Komandana müharibə əlillərinə, şəhid ailələrinə, qazilərə olan qayğıkeş münasibətə görə öz təşəkkürümüzü bildiririk. İkinci bir Sərəncam isə hərbi qulluqçuların maaşlarına 20% əlavələrin edilməsilə bağlı idi. Bu da orduda xidmət edən heyətin sosial məişət şəraitinin yaxşılaşmasına yönəlmiş addımdır. Bir daha bu addımların atılmasına görə Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.


Elnur Səlim

Bu xəbəri paylaşın: