Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız, ictimaiyyət nümayəndələri və Dünyamalılar kənd xəstəxanasının kollektivi şəhid Seymur Zalan oğlu Həsənovun Ad günü mərasimində iştirak ediblər.
Şəhid Seymur Zalan oğlu Həsənov Beyləqan rayonu Dünyamalılar kəndində anadan olub. Qəhrəman döyüşçü Seymur Həsənov 1992-1993-cü illərdə Beyləqan Özünümüdafiə batalyonunun tərkibində döyüşlərə qatılıb.

Şəhid məzarları ziyarət olunaraq gül qoyulub və ruhuna dualar oxunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin imzaladığı Fəxri fərman və AVMVİB-nin təsis etdiyi Xatirə medalı şəhid Seymur Həsənovun ailəsinə təqdim olundu.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan







