Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 25 ildən çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirən Silahlı Qüvvələr və müharibə veteranı ehtiyatda olan mayor Təyyar Vaqif oğlunun 30 dekabr 50 yaşı tamam olur.
AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Müharibə Veteranı ehtiyatda olan mayor Bağırov Təyyar Vaqif oğlunu dogum günü munasbətilə səmimi təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Mayor Bağırov Təyyar Vaqif oğlu 30 dekabr 1971-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Onun həyat yoldaşı Solmaz xanım uzun müddət Daxili Qosunlarin Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin və DQBi-nin Katibliyinin mətbbə xidmətlərində müvafıq vəzfələrdə layiqincə xidmət edib.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan mayor Bağırov Təyyar Vaqif oğlu 1988-ci ildə Bakı şəhərində 126 nömrəli orta məktəbi, 1992-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Vladikafqazda (əvvələr Ordzhonikidze də) yerləşən Ali Hərbi Məktəbini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin, Azərbaycan Ordusunun və DİN-in Daxili Qoşunların hərbi məktəblərində müvafiq kurslarda olub.Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki-təlim toplanışlarında, təlimlərdə, Komanda-Qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Təyyar Bağırov 1992-1994-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə Silah xidmətinin rəisi, 1994-1996-cı illərdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor,1996-2014- cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissədə və hərbi məktəbdə bölük komandirinin müavini, böluk komandiri, kafedra rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Döyüş hazırlığı şöbəsində baş zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Bağırov Təyyar Vaqif oğlu 1992 -1993- cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmişdir, üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən isə layiqincə gəlmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı dəstələrin zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüqüqi rejimin təmin edilməsində,dövlətin ərazi bütövlüyünün təmin olunmasında ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət, şərəf hissi ilə yerinə yetirmişdir.

Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Baş İctimai təhlükəsizlik İdarə rəisinin, Ali hərbi məktəb rəislərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə Əla xidmətlərə görə döş və yubiley, müvafiq idman dərəcələri nisanları ilə təltif edilib, pul mükafatları ilə, fəxri fərmanlarla, müvafiq diplomlarla və qiymətli hədiyyələrlə mukaflandirlib və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və fədakarlıq xidmətlərinə görə SSRİ Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı»,»Qüsursuz Xidmətlərə Görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 70-iliyi ,10-illiyi, 90-illiyi və 95-iliyi yubley medaları ılə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TƏYYAR BƏY !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə: Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev