TƏBRİK: ƏHMƏDOV SƏTTAR QÜDRƏT OĞLU — 63

     Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün   28 (iyrimi səkkiz) ildən çox şərəfli xidmət yolunun on ilini   Bakı Şəhər Təcili Yardım Kliniki  və Zəngilan rayon Mərkəzi Xəstəxanalarında, on səkkiz ilini isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirən Müharibə Veteranı ehtiyatda olan tibb xidməti mayoru  Əhmədov Səttar Qüdrət oğlunun 01 yanvar 63 yaşı tamam olur.

Bu gün münasibətilə AVMVİB Rəhbərliyi  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyyatda olan tibb xidməti mayoru Əhmədov Səttar Qüdrət oğlunu doğum günü munasbetilə təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadati və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Tıbb xidməi mayoru Əhmədov Səttar Qüdrət oğlu 01 yanvar  1959- cu ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb.

    O, 1975-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbi qızıl medalla başa vurduqdan sonra,  1975-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun 2-ci müalicə- profilaktika fakültəsinə daxil olmuş  1981-ci ildə isə   həmin İnstitutu  fərqlənmə diplomu ilə bitirmişdir. Səttar həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda kurslarda olmuş,Daxili Qoşunların Baş idarəsində keçirilən metodiki-təlim toplanışlarda, təlimlərdə,  seminar və konfranslarda fəal iştirak etmişdir.

     Müharibə veteranı, ehtiyyatda olan tibb xidməti mayoru Əhmədov Səttar Qüdrət oğlu 1981- 1982-ci illərdə Bakı Şəhər Təcili Yardım Kliniki Xəstəxanasının nəzdində cərrah ixtisası üzrə ixtisaslaşma kursu keçib. Sonra döğma yurda qayıdaraq,1992-ci ilə kimi Zəngilan rayon Xəstəxanasında cərrah vəzifəsində çalışıb.

    Səttar həkim 1993- 2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinin Qaradağ rayonunda yerləşən hərbi hissənin (hərbi hospitalın) 3-cü cərrahiyyə şöbəsində baş ordinator, 3-ci cərrahiyyə şöbəsinin rəisi, Daxili Qoşunların Baş İdarəsininin   Tibb şöbəsində isə baş zabit vəzifələrində  Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

         Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əməl edilməsində, hərbi andın və hərbi nizamnamələrin  isə tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların  öhdəsindən layiqincə gəlmişdir. Hippokrat andı içən Səttar həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

     1992 — ci ildə düşmənlə qızğın döyüşlər getdiyi bir vaxtda Səttar həkim özünə vətəndaşlıq borcu bilərək,düşmənə qarşı döyüşən hərbi qulluqçularmızın səhhəti ilə yaxından maraqlanmış, bu sahədə mövcud olan problemlərin həllində bacardığı köməkliyi onlardan əsirgəməmişdir.

      O, bütün bunlarla yanaşı,düşmənin həmləsinə daim  məruz qalan Zəngilan rayonunun Keçikli, Şıxafuz və Seyidlər kəndlərinin müdafiəsində dayanaraq, əldə silah dəyanətlə döyüşüb.

      Tıbb xidməti  mayoru Səttar Əhmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü   qorxmaz,  vətənpərvər, səxavətli, vicdanlı,  əliaçıq və zəhmətkeş  bir zabit (həkim) kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, qohum — əqraba  arasında, istərsə də, işlədiyi və xidmət etdiyi kollektivdə, dost -tanış arasında özünə layiq hörmət qazanmışdır.

    Müharibə veteranı, ehtiyyatda olan  tibb xidməti mayoru Səttar Qüdrət oğlu  Əhmədov  Füzuli bölgəsının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Daxili Qoşunların Bas İdarəsinin tərkibində fəaliyyət göstərən hərbi lazaretində yaralıların ilkin müalicəsini yerinə yetirmiş, yüzlərlə silahdaşlarmızı sıramıza qaytara bilmişdir.Onun bu xeyirxah əməlini  tanıyanlar heç vaxt Səttar həkimi unutmayacaq.

     Mayor Səttar  Əhmədov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Silahlı cinayətkarların axtarışı üzrə xüsusi- əməliyyatlarda,fövqaladə hallar zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində tibb xidməti üzrə  ona həvalə edilmiş vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir.

     Ehtiyyatda olan Tibb Xidməti mayoru Əhmədov Səttar Qüdrət oğlu Daxili Qoşunların Baş idarəsində xidmət etdiyi illər ərzində  hərbi hssələdə və əlahiddə bölmələrdə  keçirilən təftiş,yekun yoxlama komissiyanın, kompleks və məqsədli qrupların üzvü oldğü müddətdə   üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə  yanaşmışdır

       Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsinin rəisinin, hərbi hissə komandirinin (hərbi hosital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidməti vəzifələrin  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti adından «Qüsursuz Xidmətlərə Görə » 2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının» isə  10-iliyi  və 90-iliyi medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SƏTTAR HƏKİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: