Dövlətçiliyə xidməti fəaliyyətinin əsas prinsipi seçən alim

Elmi və siyasi fəaliyyətini paralel şəkildə davam etdirən texnika elmləri doktoru, professor Mürsəl Əliyevin 62 yaşı tamam olur

Ömür sözdür. Sözlərin düzülüşündən yaranan fikirlərin ifadə etdiyi məna hər bir insanın keçdiyi ömür yolunun dəyərləndirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, hər bir insan xarakteri, tutduğu vəzifəsi, peşəsinə uyğun  fəaliyyəti ilə yaşadığı illərin fonunda izlər qoyur və özünün təqdimatı üçün zəngin mənbə formalaşdırır.

Bu gün haqqında bəhs edəcəyimiz Mürsəl İldırım oğlu Əliyev dekabrın 31-də  62 yaşını qeyd edəcək. Təqdimatımız sadə görünsə də özündə böyük mənanı ehtiva edir. Bu baxımdan ki, elm adamının təqdimata o qədər də ehtiyacı olmur. Çünki alimin  araşdırmaları, elmə verdiyi  töhfələr elə onun ən yaxşı təqdimatıdır. Texnika elmləri doktoru, professor   Mürsəl Əliyevin adı elmi ictimaiyyətə çox yaxşı bəllidir.  Ziyalılar  xalqın nur saçan  çırağı kimi dəyərləndirilir.  Xalq onların yaratdıqlarının işığında daim irəli baxır, pisi yaxşıdan, reallığı utopiyadan  seçməyi bacarır, dövlətinə, xalqına xidmət etmək üçün səylər göstərir. Bu fikir də əbəs yerə deyilmir ki, əgər  bir xalqı məhv etmək istəyirsənsə onun dilini, ziyalısını əlindən al. Azərbaycanın elmi ictimaiyyəti hər zaman yeniliklər sorağında olub, ölkəmizin inkişafına öz töhfələrini vermək üçün seçdikləri sahələrin tədqiqinə  səy göstərib, yeni-yeni araşdırmalar aparıblar.

Mürsəl Əliyev elmlə  yanaşı, siyasi fəaliyyətlə də məşğuldur. Bu fikri dönə-dönə təkrar edir ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq mənim  üçün böyük xoşbəxtlikdir.  Mürsəl müəllim daim Ulu Öndərin “Yeni Azərbaycan Partiasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” tezisini fəaliyyətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Məhz partiyaya bağlılığının, Heydər Əliyev ideyalarının təbliğinə  daha çox töhfələr vermək istəyinin nəticəsidir ki, tanınmış elm adamı  YAP Xətai rayon təşkilatının yeni yaradılan  Rahib Məmmədov küçəsi 25 ünvanında yerləşən  ərazi partiya təşkilatına sədr seçilməyindən qürur hissi keçirir.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Mürsəl müəllimin doğum günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə təsadüf edir. Həmin gündə ikiqat sevinc yaşayan Mürsəl müəllim bu təsadüfdən də məmnunluğunu ifadə edir. Çünki dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olmuşdur. Mürsəl müəllim Ümummilli Liderin təməlini qoyduğu bu siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən sonsuz qürur hissi keçirir. O, həmçinin milli  həmrəyliyimizin  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə rolundan böyük qürurla bəhs edir.

Şübhəsiz, dövlətinə, xalqına qəlbən bağlı olan Mürsəl Əliyevin fəaliyyəti ilə doğum gününün təsadüf etdiyi mühüm hadisə arasında bir bağlılıq var. Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevdir. Biz də dövlətə, dövlətçiliyə xidmətin bariz nümunəsini  Mürsəl Əliyevin timsalında görür, belə ziyalılarımızla fəxr edirik.

Qeyd edək ki, Mürsəl Əliyev partiyanın həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə YAP Xətai rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib.

Bu gün 62 yaşını qeyd edən Mürsəl müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona  uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Dostlarından bir qrupu (İki sahil)

P.S. Doğum günü münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbrliyi və Fədai.az kollektivi texnika elmləri doktoru, professor Mürsəl Əliyev təbrik edir, uzun ömür, can sağlığı və fəaliyyətində elmi nailiyyətlər arzu edir!

Bütün gözəlliklər Sizin olsun və 100 yaşayın!

Bu xəbəri paylaşın: