YALAN VƏ HƏQİQƏT!

(Əvvəli: https://fedai.az/?p=57943)

Laçınlı bir müəllimin yazmış olduğu məqaləsini sizlərə təkrarən təqdim edirik…

Bu müharibələrlə əlaqədar olaraq tarixi sənədlərdə öz əksini tapmış bir sıra faktları (hamısını olmasa da) göstərmək yerinə düşərdi:


— В XV веке Якуб бек (Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu), шах Арианский (Аран) переселил значительные колонии мусульманов в южном передели Закавказья на место истребленных туземцев (И. Шопен. «Новые заметки на древние истории Кавказа и его обитателей» С. Петербург. 1866 г. стр. 14 ): «1584 г. турки опустошили районы Ганджи, Карабаха, Берды и увели в плен 100 тысяч девушек и юношей мусульман. Жестокому грабежу и разорению была предана 1585 г. бывшая столица Сефевидов Тебриз. Турецкое войска грабили город «месяц сорок дней» и убили около 15 тыс. человек». (Şərəfnamə. II cild. səh. 24)


— Osmanlılar 1582-ci ildə Şirvandan geri çəkilərkən 15 minə qədər əsir apardılar.


— XVI əsrin axırlarında Sultan III Muradın hakimiyyəti dövründə Naxçıvanda və onun ətrafında 40 min nəfər əsir alınıb Türkiyəyə aparıldı. (F.Əliyev, M.Əliyev. Naxçıvan xanlığı, Bakı 1996. səh. 13)
— XVI əsrdə Osmanlı Türkiyəsi Azərbaycan hücum zamanı 60 min azərbaycanlını əsir apardı.
— Sultan Səlim 1514-cü ildə 40 min qızılbaşı məhv etdi.
— Krım xanı Qazi Girey xan XVI əsrdə Gəncə-Qarabağ əyalətində Gəncə ilə Bərdə arasındakə ərazidə talanla məşğul olmuş, geri dönəndə 30 minə qədər əsir aparmışdır (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri.Bakı 2000.səh.15).
— I Şah Abbas (1587-1629) Gəncə ətrafından 30 min Qacar ailəsini Xorasana (Mərvə) və Astrabada köçürdü (A.Bakıxanov. “Gülüstani İrəm”-1951.səh.179).
— I Şah Abbas Qarabağdan Əhmədli, Qazaxlar soylarını Mazandarana sürgün etdi.
— 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir necə gün əvvəl tabeliyində olan 50 minə qədər insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda (İran) yerləşdirsədə, bura gəmiş Osmanlı ordusu onları tamamilə məhv etmişdir (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri.Bakı 2000.səh. 15).
— I Şah Abbasın əmri ilə 1605 ci ildə Naxçıvan bölgəsindən 70 min nəfərə qədər yerli əhali İranın şərq və cənub-şərqinə köçürüldü (F. Əliyev, M. Əliyev “Naxçıvan xanlığı” Bakı-1996 cı iı. səh. 13).
— Nadir şah (1732-1747) Qarabağdan Otuziki, Cavanşir, Kəbirli tayfalarını Xorasana köçürdü (Azərbaycan tarixi. IX sinif üçün dərslik. Bakı-1995 ci il).
— 1723 cü ildə Rusiya ilə İran arasında bağlanmış müqavilənin əks-sədası Gəncə-Qarabağ əyalətinin əhalisinin İrana köçüb-qaçmasına səbəb olmuşdur. Çünki 1724 cü ildə Ankarada Osmanlı (Türkiyə) imperiyası ilə Rusiya imperiyası arasında bağlanan müqaviləyə görə Gəncə-Qarabağ əyalətinin Türkiyənin hakimiyyəti altında qalması nəzərdə tutulmuşdu.
— 1725-1727 ci illərdə Osmanlı (Türkiyə) dövləti tərəfindən Gəncə-Qarabağ əyalətində aparılan siyahıyaalma nəticəsində məlum olmuşdur ki, əyalətdə qeydə alınmış 1178 kənddən yalnız 701-də (59,5%) sakin var imiş. Kəndlərin 40,5%-də (478) heç kim yaşamırmış. Buraya vaxtilə sakinləri olmuş, sonradan isə heç kim yaşamadığına görə “məzrəə kimi “dəftərdə” qeyd olunmuş 165 toponomik vahid də əlavə edilsə, Osmanlılara qədər əyalət üzrə boş kəndlərin ümumi sayının 52,7% (643) təşkil etdiyi aydın olar (“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”. Bakı-2000 ci il. səh. 7).
— 1803-1813 cü il Rusiya-İran müharibələri zamanı Gəncə, Şəki, Şirvan, Bakı, Quba, Qarabağ və Talış xanlıqları Rusiyanın tərkibinə daxil edildi. Həmin dövrdə əhalinin böyük bir qisminin İrana və Türkiyəyə mühacirəti başlanmışdı.
— Gülüstan sülhünə qədər (1813 cü il) Qarabağ xanlığında 60 min ailədən 3 mindən bir qədər çoxu qalmışdı (Azərbaycan tarixi. X sinif üçün dərslik. Bakı-1998).
— “1826-1830 cu illərdə İran və Osmanlı müharibələrindən sonra çar hökuməti məzkur məmləkətlərdən 139 min ermənini Kür və Araz irmaqlarının kənarlarına köçürüb, burada olan yerli əhalini (türkləri və kürdləri) İran və Türkiyəyə köçməyə məcbur etmiş, torpaqlarını zəbt etmişdir (Rəşid İsmayılov. “Azərbaycan tarixi. 1923 (1993) səh. 15-16”)”.
— 1851 ci il üçün “Qafqaz kalendarı”nda (səh. 112) qeyd edilib ki, son 120 ildə Göyçə mahalında oturaq əhali olmamışdır…1829 cu ildən sonra on mindən çox Azərbaycan (İran) və Bəyazid (Türkiyə) erməni aliləri buraya köçüb gəliblər.

Bütün bunların (yuxarıdakıların) yekunu kimi demək olar ki, Azərbaycanın Araz çayından şimalda qalan hissəsində — Qafqaz Azərbaycanında həmin dövrlərdə əhalinin daimi məskunlaşması üçün şərait qeyri-sabit olmuş və bu vəziyyət 1828 ci ilə qədər, yəni onun çar Rusiyasının tərkibinə daxil olmasına qədər davam etmişdir. Ona görə də XVI-XIX əsrlərdə bu yerlərdə əhalinin məskunlaşmasında, məskunlaşmanın köçüb gəlmə (immiqrasiya) tipi (регион переселенческого типа) üstün rol oynamışdır.
Bir sıra tarixi əsər müəlliflərinin, o cümlədən İ. Şopenin belə bir tarixi, ictimai-siyasi situasiyaların qovğalarından çıxmış ərazilərdə kimlərin yerli, kimlərin isə gəlmə olması kimi təsnifat yaratması elmi yaradıcılıqdan daha çox siyasi məqsəd güddüyündən (sonra bu məsələlərdən ətraflı bəhs edəcəyik) xəbər verir.

Əhalinin zaman-zaman təzələnməsi zərurətinin özünü göstərdiyi belə məkanda (regionda) nisbətən əvvəl gələnləri “yerli”, sonra gələnləri isə “gəlmə” hesab edirdilər. Çox ehtimal ki, İ. Şopen də belə bir təsnifat yaratmaqda əhali arasında olarkən apardığı sorğu-suala (tərcüməçi vasitəsilə, əlaxüsus da tərcüməçi erməni olarsa), ya da ermənilərin dediklərinə (erməni mənbəələrinə) əsaslanıb. I. Şopen “Erməni vilayəti”nin əhalisini mənşəyinə görə yerli (obarigen) və köçüb gəlmə (prişeltsı) olmaqla iki yerə bölür (səh. 525). Yerli əhalini isə ermənilərə və kürdlərə bölür. Eyni zamanda dağlarda yaşayanların da ancaq ermənilərdən və kürdlərdən ibarət olmasını göstərir. (İ. Şopenin “kürd” kimi qeyd etdiyi yerli əhali – Qaraçorlular və Psianlılar türkdilli tayfalarıdır. Bu yerlərdə türkdilli qədim (yerli) əhalisinə kürd deyilməsində formalaşmış tarixi yanlışlıq əsasən buradan irəli gəlir). Azərbaycanlıları (türkləri) ümumiyyətlə köçüb gələn və köçəri əhali kimi verir. Bu cür yanaşma İ. Şopenin ya həqiqətən tarixi elmi məlumatsızlığını, yaxud da müəyyən siyasi məqsədlə belə bir fikir söyləməsini sübut edir. Belə ki, bu yerlərə əslən kürd olanların (kürddilli) köçüb gəlməsi XIX əsrdə olubsa, türklərin (oğuzların) gəlməsi XI əsrin əvvəllərində, bəzi mənbələrə görə isə V-VII əsrlərdə olmuşdur.


Hər bir xalqın varlığının birinci göstəricisi onun dilidir. Ana dili azərbaycan (türk) dili olan bu əhaliyə kürd demək ən az halda düşüncəsizlikdir…Əvvəldə qeyd edildiyi kimi bütün bunlar azərbaycanlıların (türklərin) bu torpaqların qədim yerli sakinləri olmasını “sübut etmək” niyyətindən irəli gəlir.

İ. Şopenə istinadən…

Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan rayonlarının və Cəbrayıl rayonunun bir hissəsinin, hətda Qarabağın bəzi hissələrinin əhalisinin milliyətcə kürd olmasında israrlı olanların istinad etdikləri mənbələrdən biri İvan Şopenin “Исторический памятник состояния Армянской области в эпоху ее присоединения в Российской империи. Спб. 1852 год” əsəridir.


Rusiya ilə İran dövlətləri arasında bağlanan Türkmənçay müqaviləsindən (10 fevral 1828 ci il) 40 gün sonra, (Rusyadakı erməni lobbisinin uzun illər apardığı işin nəticəsində) çar I Nikolay Naxçıvan və İrəvan xanlıqlarını ləğv edərək onların əhatə etdiyi ərazidə, əhalinin böyük əksəriyyəti (75%) müsəlman olduğu halda, süni şəkildə “Ermənistan vilayəti” yaratmaq barədə 21 mart 1828 ci il tarixdə fərman verir (məhz bu fərmandan sonra planlı surətdə İrandan və Türkiyədən ermənilər köçürülərək ilk növbədə “vilayətdə” yerləşdirildi. Belə vəziyyət “vilayətdə”, xüsusilə onun qərb (İrəvan-Ermənistan) hissəsində yaşayan yerli müsəlmanların xeyli hissəsini Naxçıvan ərazisinə, Qarabağa və Gəncəbasara köçüb gəlməyə məcbur etdi).

Qraf Paskeviç Erivanskinin tapşırığı ilə çar statistika məmuru İ. Şopen bu “vilayətin” “kameral təsvirini” işləir. İ. Şopen əsərin birinci səhifəsində yazır: «В начале 1829 года Его Светлости князь Варшавскому, Графу Паскевичу Ериванскому угодно было поручит мне составление «камерального описания» Армянской области»…Я приступил к описанию Эриванской провинции которое продолжалось от апреля 1829 до мая 1932 года». Mənşəcə polyak olan İ. Şopen Zaqafqaziyada millətlər arasında münaqişə yaradan və erməniçiliyi təbliğ edən zayalılardan biri olmuşdur. O, XIX əsrin 20-ci illərində Rusiyaya gəlmiş və Qafqaz canişinliyində işləmişdir. Tarixçi və etnoqraf kimi fəaliyyətə başlayan İ. Şopen Qafqaz xalqlarının tarixi, dili, etnik tərkibi, folkloru, incəsənəti, təsərrüfatı və s. barədə əsər yazmış, faktları ermənilərin mənafeyindən işıqlandıraraq bir sıra çox ciddi təhriflərə yol vermişdir. (Lakin İ. Şopen oxucuya müraciət edərək, kitabına alimin əsəri kimi yox, inzibatçı məmurun sadə işi kimi baxmağı və özünü bir statist kimi verərək, yazdıqlarının mütləq kimi qəbul edilməməsini qeyd edir).


“Erməni vilayəti” inzibati vahid kimi 1850- ci ildə çar hökuməti tərəfindən ləğv edilsə də, 90 il sonra (20 mart 1828- ci il – 27 may 1918- ci il) elan ediləcək Ermənistan Respublikasının siyasi əsasını qoymuşdur (Budur erməni hiyləgərliyinin, uzaqgörənliyinin nəticəsi. Ehtimal etmək olar ki, çar hökumətinin hakim dairələrində ermənilərin sərsəm “Böyük Ermənistan” dövləti yaratmaq barədəki gizli niyyətlərini başa düşdükdən sonra “vilayəti” ləğv etmə tədbiri görülmüşdür).


Yuxarıda göründüyü kimi İ. Şopenin həmin əsəri “kameral opisaniya»nın tərtibindən 20 il keçəndən, “erməni vilayəti” ləğv ediləndən sonra nəşr olunmuşdur. Müəllif əsərdə “kameral təsvir”dən əvvəl Ermənistanın “keçmiş tarixinə” geniş ekskurs edir və bu zaman təkcə Naxçıvan və İrəvan xanlıqlarının ərazilərini deyil, başqa əraziləri, habelə Qarabağ xanlığının ərazisini də buraya əlavə edir. Ehtimal ki, İ. Şopen bu məsələləri erməni lobbbisinin təsiri ilə sonralar “kameral təsvir”ə əlavə etmişdir.
İ. Şopen həmin əsərin 527-529 cu səhifələrində “Erməni vilayəti”ndə şiə məzhəbli 22 nəslin:

Milli
Qaraçorlu
Qasananlı
Kulakanlı
Şadmanlı
Şeylanlı
Təhməzli
Aliyanlı
Bərgüşad
Babalı
Kolanı
Püsyan
Kuluxçu
Gəloxçu
Farukanlı
Sisianlı
Tərtərli
Hacısamlı
Sultanlı
Kuli-xanlı
Bozlu
Alikyanlı

milliyətcə kürd olduğunu qeyd edir.


Həqiqətdə isə onlardan yalnız Bozlu tayfası kürddür.

Bu adlardan:

1. Fonetik cəhətdən təhlil edildikdə Kulakanlı və Kuli-xanlı, Kuluxçu və Gəloxçu, Aliyanlı və Alikyanlı sözlərinin (adlarının) eyni mənalı olduğu, sadəcə deyim fərqi ilə seçildiyi aydın görünür. Ehtimal ki, İ. Şopen eşitdiyi formalara əsasən onları ayrı-ayrı mənalandırıb. Başqa mənbələrdə Kuli-xanlı, Kuluxçu və Alikyanlı, habelə Sisianlı, Tərtərli adlı kürd tayfaları xatırlanmır. Qiyasəddin Qeybullayev. “Qədim türklər və Ermənistan”. Bakı. 1992. əsərinin 16-cı səhifəsində Tərtərli tayfasının qədim türk mənşəli olduğunu yazır. C. P. Zelinski Sisianda kürdlərin yaşamadığını qeyd edir. Göründüyü kimi siyahıda həmin adlar süni say artımını təşkil edir.
2. Başqa mənbələrdə Hacısamlı, Təhməzli, Şadmanlı, Sultanlı, Gəloxçu tayfalarının tatarca (azərbaycan türkcəsi) danışdığı qeyd olunur. (Кавказский календарь на 1856 г.)
3. İ. Şopen həmin əsərin 537- ci səhifəsində məşhur türk Kəngərli tayfalarının 33 icmasını sadalayır, o cümlədən Bərgüşadlı və Əliyanlı tayfalarının türk olduğunu qeyd etməklə özü-özünü təkzib edir.
4. Кавказский календарь на 1856 г. kitabında Naxçıvanda Sərdərabad mahalının Aralıq-Kolan (səh.304) və Naxçıvan mahalının Kolanı-qışlaq (səh.354) əhalisinin tatar (azərbaycanlı) olması və tatarca danışması göstərilir. Oğuz tarixinin ən görkəmli bilicisi Faruk Sümər yazır: “Kayı türkmənlərinin bir çoxu Kayı-Kolan adlanır. Kayılar ən şərəfli boylardan olublar”.
5. Ehtimal etmək olar ki, Bozlu kürd tayfası Bozluca türkman tayfası ilə qarışıq yaşadıqlarından bu adla adlandırılıblar, azərbaycan dilini də gözəl bilirlər və ləhcələri də çox az fərqlənir.
6. Qaraçorlu və Püsyan tayfaları kürd olsa idilər Şərəfxan Bidlisi onları mütləq qeyd edərdi. Çünki o, 1555-1557- ci illərdə Şimali Azərbaycanda Salyan və Mahmudabad dairələrinin əmiri və hakimi oplmuş, 1576- cı ildə Naxçıvana hakim təyin edilmişdir (burada isə 1 il 4 ay hakimlik etmişdir). Göründüyü kimi Şimali Azərbaycanda təxminən 4-5 il yaşamış, o zamanın çox nüfuzlu və yüksək savadlı adamlarından biri olan Şərəfxan Bidlisi əhalini milli tərkibi haqqında kifayət qədər anlayışa malik olmuşdur. Şimali Azərbaycanda hər hansı kürd tayfası yaşamış olsaydı, o bunu əsərində göstərmiş olardı (Qarabağda “iyirmidördlü” kürd tayfasınin yaşaması barədə Ş. Bitlisiyə istinad edilməsi məsələsi ayrıca olaraq təhlil ediləcəkdir).

Araşdırılan mənbələrə görə:


• Çorlu, qaraçorlu türk sözüdür. Onlar türk-monqol mənşəli Kerait tayfalarının törəmələridir.
• Çor sözü yer adı kimi, habelə türk hökmdarlarında titul kimi işlənirmiş (Заур Гасанов. «Царские скифы». Нью Йорк. 2002 г. стр. 199, 220, 225, 250).
• Çor – Dərbəndin Alban tarixindəki keçmiş adıdır (Lev Qumilyev. “Qədim türklər”. Bakı. 1993. səh. 230).
• Çor, çur qədim türk sözüdür, mənası “igid, “qəhrəman” deməkdir. Çor kəngər-peçeneqlərin bir tayfasının adıdır, Ağstafa çay vadisinin yuxarı hissəsində (indiki Ermənistan ərazisi) yaşayırmışlar (“Qədim türklər və Ermənistan” səh. 105).
• Çor mahalına XVI əsrdə qızılbaşların Zülqədər tayfasının Şəmsəddinlu tirəsi məskunlaşmışdı ( “ Qədim türklər və Ermənistan ”. səh.113-114 ).
• Çor müəyyən bir elin adıdır və Çorlu toponimlərində indiyədək qalmışdır. Altayda yaşayan tayfalardan biri indi də Çor adlanır. Azərbaycanda Çoryurt (Yardımlı rayonu) və Qəbələ rayonunda Çorlu ( bu kəndin məhəlləsi məhz Çorlu adlanır)…(B.Ə. Budaqov, Q.Ə. Qeybullayev. “ Gürcüstanda türkmənşəli toponimlərin izhali lüğəti ”. Bakı. 2002 səh.29, 106, 108, 290)
• Türkiyədə Çorum sancağı nahiyəsi… Köçəri həyat tərzi keçirən türklərə yörüklər deyilirdi. Çorlu yörükləri… (Farqu Sümər. Oğuzlar. Bakı. 1992.səh.20, 308-364)
• Qaraçorlu tayfalarının şərqi Anadolunun (Türkiyə) Qara-Çuran (Diyarbəkirin Qaraçorlu mahalı) mahalından gəlmələri daha real görünür.
• Qaraqoyunlu, Qarapapax, Qaraçöplü, Qaraçanlı, Qaramanlı, Qaraçorlu, Qarabayramlı, Qaracallı və s. bütün bu tayfalar türkdillidirlər.
• Pesyan (Püsyan) Araz çayının yuxarı axarında (əsasən Türkiyə ərazisində) eramızdan əvvəl türkdilli pasianların yaşadığı əraziyə verilən qədim addır. (“Qədim türklər və Ermənistan”). Ehtimal ki, sonralar bu ərazidə yaşayanlara pesyanlar (oüsyanlar) demişlər.


Qeyd:


1) Bütün bununla yanaşı: Azərbaycanda ana dili azərbaycan dili (türk dili) olan əhaliyə (əcdadları hər hansı başqa millət olsa belə) kürd və s. demək, əcdadları XVI əsrdə Afrikadan gətirilmiş, ABŞ-ın ingilisdilli, qaradərili müasir əhalisini Liberiyalı, Qanalı, Qvineyalı adlandırmaq və onları bu yerlərdə yaşayan hər hansı bir tayfanın adı ilə fərqləndirmək və ya əcdadları XVI əsrdə Avropadan Amerika qitəsinə köçüb gəlmiş ispandilli müasir meksikalılara ispaniyalı (ispan), əhalisi portuqal dilində danışan müasir braziliyalılara portuqaliyalı (portuqal) demək kimi bir məntiqsizlikdir.


2) Dili ingilis dili olan, əcdadları İngiltərədən gələn müasir ABŞ əhalisi özünü ingilis yox, amerikalı adlandırır.
3) N. Nefedyeva “Взгляд на Армянскую область. Из путевых записок” (Спб. 1839 г. стр. 9) yazmışdır: “Курды по происхождению и языку принадлежит к племени Турецкому…” Buradan belə nəticə çıxır ki, o zaman bu ərazilərdə yaşayan bir sıra türkdilli tayfalara kürd deyirmişlər… Millətlər, dillər haqqında məlumatlı oxucu bilir ki, kürdlər türkdilli yox, irandilli xalqlar qrupuna mənsubdurlar.

(Ardı var)

Bu xəbəri paylaşın: