AVMVİB Mingəçevir şəhər şöbəsində

44 günlük Vətən Müharibəsində müharibə veteranlarımız, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, həm əsgərimizlə çiyin-çiyinə, həm də arxa cəbhədə qazilərimizlə birgə olmağa çalışdıq. Bu yolda bizimlə bərabər irəliləyən şəxsləri də unutmamalıyıq.

Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov deyib.


Natiq Həsənov bildirdi ki, müharibə veteranlarına diqqət və qayğısıyla fərqlənən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Sadiq Həsən oğlu Əliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından Fəxri fərmanla təltif edilib.


Natiq Həsənov Sadiq Əliyevi təbrik edərək müharibə veteranları adından onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da əlaqələrimiz davam edəcəkdir.


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: