Veteranlar dar gündə də, şad gündə də bir yerdədirlər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları 44 günlük Vətən müharibəsi qazisi Samir Əbülfət oğlu Məmmədlinin toy məclisində iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Çəmənli kəndindən olan Samir Məmmədlinin toy mərasimində ona AVMVİB-nin üzvlük vəsiqəsi, AVMVİB sədri Füzuli Rzaquliyevin əmrinə əsasən Fəxri fərman və döş nişanı təqdim olunub.


Qazimiz Samir Məmmədli 44 günlük Vətən müharibəsində Füzuli, Xovavənd və Şuşa döyüşlərində iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətlərə görə medallarla təltif olunub.


Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: