AVMVİB Sumqayıt şəhər və Qubadlı rayon şöbələri əsgərlərlə görüşüblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı ənənəvi olaraq əsgərlərimizlə görüşlərini davam etdirib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsi veteranları «N» saylı hərbi hissədə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətiylə əsgərlərimizlə görüşüblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov şəxsi heyətin qarşısında çıxış edərək öz ürək sözlərini çatdırıblar. Əsgərlərimizi bayram münasibəti ilə təbrik etdilər.


Tədbirdə müharibə veteranları ilə yanaşı Sumqayıt şəhəri Corat qəsəbəsi Mədəniyyət Evinin kollektivi də iştirak edib. Corat Mədəniyyət Evinin rəhbəri Aygün Qəhrəmanovanın rəhbərliyi ilə tanınmış aparıcı Əliağa Tapdıq, populyar müğənni Təranə Nurlu və ansambl konsert proqramı ilə çıxış ediblər.


Xatırladaq ki, Sumqayıt şəhəri Corat qəsəbəsi Mədəniyyət Evinin kollektivi daim belə tədbirlərdə yaxından iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov bildirdi ki, bayram günlərində də bu təbirlər davam etdiriləcək və ön cəbhədə olan əsgərlərimizə bayram sovqatı aparmağı planlaşdırmışıq.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: