AVMVİB Binəqədi şöbəsi şəhidlərimizi yad ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsi veteranları 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətiylə Fəxru Xiyabanda Ulu öndər H. Əliyevin məzarını və Şəhidlər Xiyabanlarını ziyarət ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov tədbir iştirakçılarını bu əlamətdar bayramlar münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.


Mərdan Ələsgərov 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın bir çox ölkəsində milyonlarla soydaşımız tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb. Şöbə sədri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsindən söhbət açaraq Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərarın o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin dekabrın 16-da verildiyini bildirib. Şöbə sədri vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Vətən müharibəsində hər bir azərbaycanlı həmrəy oldu. Tarixin səhifəsinə bu möhtəşəm Zəfəri yazdı.


2020-ci il 27 sentyabrda Dəmir yumruq kimi birliyimiz sayəsində torpaqlarımızı işğaldan azad etdik.

Hazırda müstəqil Azərbaycan ən şərəfli günlərini yaşayır. Rəşadətli Ordumuz Cənab Prezidentin rəhbərliyiylə xalqımıza qələbə sevincini yaşatdı. 44 gün ərzində alınan qələbə tarixə qızıl hərflərlə yazıldı.


Hər kəsi bu bayram münasibətiylə təbrik edirəm.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, ehtiyyatda olan polkovnik Elmar Hüseynov da iştirak edib.


Elnur Səlim

Bu xəbəri paylaşın: