Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Lənkəran şəhəri Veteranlar Klubunda hesabat xarakterli bayram tədbiri keçirib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov bu barədə məlumat verərək bildirdi ki, tədbirdə hər iki müharibənin veteranları iştirak ediblər. Tədbirdə AVMVİB Lənkəran rayon şöbəsi 1 illik fəaliyyətinə yekun vurub. Yeni üzvlərə üzvlük vəsiqələri, fəal müharibə veteranlarına Fəxri fərmanlar və Birliyin təsis etdiyi Xatirə medalları təqdim edilib.
İl ərzində şöbənin gördüyü işlər barədə məlumat verən İlham Qurbanov, 44 günlük Vətən müharibəsində iştirak etmiş döyüşçülərə Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adının verilməsi ilə bağlı tədbirlər haqqında sərəncam barədə məlumat verərək onları təbrik etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Təzəxan Sultan oğlu Əsgərov 60 illik yubileyi ilə bağlı Fəxri fərmanla təltif edildi. Yubilyarı şöbə sədri İlham Qurbanov çoxminlik veteranlar ordisu adından təbrik etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qubanov tədbir iştirakçılarını bu əlamətdar bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.
Elnur Səlim
P.S. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və Fədai.az kollektivi AVMVİB Lənkəran rayon şöbəsinin sədr müavini Təzəxan Sultan oğlu Əsgərov 60 illik yubileyi münasibətiylə təbrik edir, uzun ömür və cansağlığı arzulayır.
100 yaşa, Təzəxan bəy!












