TƏBRİK: P0LKOVNİK RƏCƏBƏLİ MƏMMƏDOV — 73

    İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşının üstə yaş qalandıqca insan daha da kamilləşir. Belə  insanlardan biri də müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, istefada olan polkovnik Məmmədov Rəcəbəli Əli oğludur. 2 yanvar onun  73 (yetmiş üc) yaşı tamam olur.

    Polkovnik Rəcəbəli Məmmədovun 73 yaşı tamam olması münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, onu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı , aılə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır. Amin!

    Məmmədov Rəcəbəli Əli oğlu  02 yanvar 1949-cu ildə  Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub.

    O, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd orta məktəbini, Azərbaycan Dövlət Neft — Kimya İnstitutunu, Sankit-Peterburq ( Leniqrad) Dövlət Aqrar Metreologiya və standarlaşdırma Ünverstetini bitrib. Öz ixtisası üzrə dərin biliklərə və elmi işlərə sahib olduğuna görə o, müvafiq qaydada  elimi dərəcəyə malikdir.

    Avmvib-nin Binəqədi rayon şöbəsinin üzvü  istefada olan Polkovnik Məhəmmədov Rəcəbəli Əli oğlu  1968-1970-ci illərdə Sovet ordusunun Minski şəhərində yerləşən rabitə qoşunlarında  müddətli həqiqi hərbi xidmətə olub.

   Polkovnik Rəcəbəli Məmmədov 1997-ci ilin aprel ayında  Türkiyə Cümhuriyyətinin  Daxılı İşlər Orqanlarının, Polis Akademiyasının və Jandarma Qüvvələrinin fəaliyyəti ilə yaxindan tamiş olmaq məqsədilə  Ankara, İstanbul, İzmir (Foce) şəhərlərində işguzar səfərdə olmuşdur.

    O, 1972 — 1980 -ci illərdə Ağac emalı mebel fabirikində müvafiq vəzifədə, 1980-1992-ci illərdə  isə Xırdalan şəhərində Tikinti-Təmir Quraşdırma idarəsinin rəisi vəzifəsində işləyib.

     Rəcəbəli Məmmədov 1993-cü ilin yanvar ayindan — 2004-cü ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  ilk Təmir-Tikinti şöbəsinin rəisi,  Daxili Qoşunlar Komandanın müavini-Təmir tikinti idarəsinin rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

    Polkovnik Rəcəbəli Əli oğlu Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

    Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə iştirak edib. Müharibə veterandır .

    Rəcəbli Məmmədov Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda şəhərdə, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsidə , dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir .

     Polkovnik Rəcəbəli Məmmədov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanının müvafiq əmrləri     «Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, mükafat qaydasında  hərbi rütbələr verlib və ona təşəkkür elan edilib .

    AVMVİB Binəqədi rayon şöbəsinin üzvü, müharibə veteranı, istefada olan polkovnik Rəcəbəli Məmmədov AVMVİB-nin İdarə Heyətinin qərarına əsasən «Müharibə Veteranı «, «AVMVİB- nin  25- illiyi «, «Azərbaycan Ordusunun  100-illiyi»  Xatirə medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏCƏBƏLİ MÜƏLLİM!

GÜNƏŞ QƏDƏR İSTİ.QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ.

AD GÜNÜN MÜBARƏK OLSUN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: